|
|
səhifə | 213/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| n istəmirəm ki,
onlar mənim xəstə olduğumu bilsinlər, Allah eləməsin, bala getməyib mənə qulluq etməyə başlarlar.
Sabah Nazi öz uşağını öpən kimi məni öpəcək, onun nəvazişi məni sağaldacaq. Nə təfavütü var: bu min frank dərmanlara gedəcəkdimi? Mənim dərmanım Nazidir, bu pulu ona verərəm, başına gələn müsibəti unudar. Bu vasitə ilə ona ömürlük qazanc görə öz günahımı yuya bilərəm. Qızım uçurumun dibindədir, mən isə onu oradan çıxarmaq iqtidarında deyiləm. Ah, mən yenə ticarət işlərinə başlayacağam. Taxıl üçün Odessaya gedəcəyəm. Orada buğda bizim yerlərə nisbətən üç dəfə ucuzdur. Doğrudur, taxıl gətirmək qadağan edilib, ancaq qanun tərtib edənlər taxıl məhsulunu qadağan etməyi unudublar. Odur ha! Mən bunu bu səhər başa düşmüşəm. Nişastadan çox pul qazanmaq olar.
Ejen qocaya baxaraq:
“Bu, dəli olmuşdur”, – deyə düşündü.
– Yaxşı, – dedi, – sakit olun, danışmaq sizə ziyandır.
Byanşon qayıdandan sonra Ejen xörək yemək üçün aşağı düşdü. Onlar növbə ilə gecəni xəstənin yanında keçirdilər. Biri tibb kitabları oxuyur, o biri isə anasına və bacılarına məktub yazırdı. O biri günün səhəri, Byanşonun mülahizəsinə görə, xəstənin vəziyyəti yaxşılaşmışdı. Ona daim qulluq etmək lazım gəlirdi ki, bunu da ancaq bu iki tələbə edə bilərdi. O dövrdəki ədəbi dilin bəkarətini pozmamaq üçün bunu təsvir etməkdən vaz keçməyə məcburuq. Qocanın taqətdən düşmüş bədəninə zəli qoyulur, bundan sonra təpitmə, ayaq vannası və cürbəcür müalicə vasitələrindən istifadə olunurdu. Bu isə yalnız iki gəncin fədakarlığı və qüvvəsi sayəsində mümkün idi. Qrafinya de Resto özü gəlməyib, pul adam göndərmişdi.
Qoca:
– Mən onun özünün gələcəyini zənn edirdim. – Sonra isə bu hadisədən məmnun kimi əlavə etdi: – Eybi yoxdur, gəlib pərişan ola bilərdi.
Axşam saat yeddidə Delfina Tereza ilə bir məktub göndərdi:
“Dostum, siz nə ilə məşğulsunuz? Siz məni yenicə sevmisiniz, elə bu tezliklə də etinasızlıq göstərməkmi istəyirsiniz? Bir-birimizlə səmimi söhbətlər edərkən mən sizin safürəkli olduğunuzu anladım; siz, əlbəttə, hissin hər çalarını duyduqdan sonra axıra qədər sədaqətli qalan adamlardansınız. Söylədiyiniz kimi, Musanın duasını* dinlərkən, dediniz ki, “bəziləri üçün bu, eyni avazdır, lakin başqaları üçü
Dostları ilə paylaş: |
|
|