|
|
səhifə | 24/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| di... Dilində söz qalmayan, bəzi boşboğaz, başıboş insanların məntiqinə görə, öz işləri barəsində danışmayan adamlar yaramaz işlərlə məşğul olurlar. Beləliklə, “cah-calallı tacir” dəyişilib cibgir, arvadbaz qoca bir təlxək oldu. Qorio ata gah birjaya qaçaraq, maliyyə dili ilə desək, qabaqcadan iflasa uğradıqdan sonra, birjada saçlarını yolan bir adama çevrilirdi. Bu, o zaman “Vokenin evi”ndə olan Votrenin fərziyyəsi idi. Qorio gah hər axşam bəxtini sınayaraq, on frank udan xırda bir qumarbaz olurdu, gah da onu gizli polis casusu edirdilər. Lakin Votrenin iddiasına görə, Qorio bu dərəcəyə çatmaq üçün kifayət qədər hiyləgər deyildi. Bundan başqa, Qorio atanı yüksək faizlə qısa müddətə borc pul verən bir simic və “ara” nömrəyə pul qoyub udan bir lotereya oyunçusu zənn edirdilər. Gah da o, eyib və bacarıqsızlığı törətdiyi sirlər mücəssəməsinə çevrilirdi. Bununla belə, onun cinayətləri, yaxud hərəkətləri nə qədər alçaq olsa da, ona bəslənilən nifrət onu pansiondan qovmaq dərəcəsinə çatmırdı. Hər halda, o, pansion pulunu verirdi. Bundan başqa, hər halda, Qorio atanın bir mənfəəti də vardı: ona məsxərə edən, yaxud sataşan adamlar bu yolla nəşələnər, yaxud acıqlarını soyudardılar.
Madam Vokenin rəyi daha çox həqiqətə bənzədiyindən, hamı bununla razılaşmışdı. Onun dediyinə görə, bu “özünü yaxşı hifz etmiş və alma kimi təzə, hələ qadına çox şeylər verə bilmək iqtidarında olan kişi”, sadəcə, əcaib meyilləri olan bir əxlaqsız idi. Madam Voke aşağıdakılara görə bu iftiranı əsaslandırmağa çalışırdı.
Ev sahibəsinin hesabına yarım il yaşamağa müvəffəq olan müflis qrafinya gedəndən bir neçə ay sonra bir dəfə səhər tezdən, hələ yatağından durmamışdan, Voke ipək paltar xışıltısı eşitdi. Gənc bir qadın yumşaq qədəmlər və yüngül yerişlə Vokenin otağının yanından keçərək, Qorionun qəsdən açıq qoyulmuş qapısından içəri girdi. Dərhal yoğun Silviya sahibəsinin yanına gələrək, həddən artıq gözəl olduğuna görə namuslu olmadığı sezilən ilahə kimi geyinmiş, toza belə batmamış prünel çəkməli bir qızın ilanbalığı kimi küçədən mətbəxə sürüşdüyünü və cənab Qorionun harada yaşadığını soruşduğunu xəbər verdi. Madam Voke qara aşı ilə birlikdə qapının ından qulaq asmağa başladı. Onlar xeyli uzunsürən görüş əsnasında bəzi mehriban sözlər söylə
Dostları ilə paylaş: |
|
|