|
|
səhifə | 33/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ər şirin vədlər verirdi ki, Ejen artıq özünü qrafinya de Resto ilə yalqız təsəvvür edirdi. Lakin bu halda əzrət Yusifin dərdli ahına bənzəyən bir inilti gecənin sükutunu pozdu. İnilti gəncin qəlbində can verən bir insanın xırıltısı kimi səsləndi. Ejen yavaşca qapını açdı, dəhlizə çıxanda Qorio atanın qapısı altından gələn işığı gördü. Ejen qonşusunun halı pozulmuş olduğunu zənn edərək, gözünü qapının açar dəliyinə dayayıb, otağın içərisinə nəzər saldı. Qoca işləyirdi, lakin tələbənin gördüyü şey o qədər şübhəli idi ki, o, özünü vermişel fabrikantı kimi qələmə verən bu şəxsin gecə fırıldaqlarını yaxşıca aydınlaşdırmaqla cəmiyyətə xidmət göstərmək istədi. Göründüyü kimi, Qorio ata hələ qabaqcadan stolu yıxıb, ayaqlarını yuxarı çevirmişdi; stolun ara taxtasına şorba kasasına bənzəyən bir şey və gümüş bir qab bağlayıb, bu zəngin nəqşlərlə bəzənmiş şeylərin ətrafına kəndirə bənzər nə isə dolayaraq, onları elə bir qüvvətlə sıxırdı ki, hamısı əzik-əzik olurdu. Anlaşıldığına görə, o, bu şeyləri gümüş külçəsinə çevirmək fikrində idi.
Rastinyak qızıllanmış gümüş qabları kəndirin köməyi ilə xəmir kimi əzən qocanın damarları görünən əllərinə baxdıqca: “Aha! Kişinin gücünü görürsən! – deyə düşünürdü. Ejen belini düzəldərək, öz-özündən soruşdu: – Bəlkə, bu, özünü zəlil, əbləh göstərən və öz peşəsi ilə sakit məşğul olmaq üçün dilənçi kimi yaşayan bir oğru, yaxud oğurluq mal alıb-satan bir tacirdir?”
Tələbə yenə gözünü açar dəliyinə dayadı. Qorio ata kəndiri açdı, bir ovuc gümüş götürüb, yorğanla örtülmüş stolun üstünə qoydu və gümüşü yumru şəklə salmaq üçün yoğurmağa başladı. O, bu əməliyyatı çox məharətlə eləyirdi.
Gümüşün yuvarlaq şəklə düşdüyünü gördükdə Ejen öz-özünə:
– Bəli, – dedi – bu qocanın gücü Polşa kralı II Avqustun* gücündən heç də az deyil!
Qorio ata qəmgin nəzərlə əlindəki gümüşə baxdı, gözləri yaşardı, sonra isə otağında yanan burma şamı
söndürdü. Onun ah çəkərək yatağına uzandığını Rastinyak eşidə bildi. Tələbə öz-özünə:
– Bu, divanədir! – deyə düşündü.
Qorio ata ucadan:
– Zavallı balam! – dedi.
Ejen bu sözlərdən sonra belə qərara gəldi ki, bu hadisəni yaymaqdansa susmaq yaxşıdır, bir də, tez- tələsik qonşunu ittiham etmək mənasızdır. Tələbə yenicə öz otağ
Dostları ilə paylaş: |
|
|