|
|
səhifə | 38/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| Bəs bu nədir? – dedi. Məktubun üstündə Qrafinya Anastazi de Restonun adı yazılmışdı. Votren
məktubu yenə Kristofa qaytararaq:
– Hara gedirsən? – deyə soruşdu.
– Elder küçəsinə. Mənə tapşırılmışdır ki, bu məktubu şəxsən qrafinyanın özünə verim. Votren məktubu işığa tutub:
– Bəs bunun içindəki nədir? – dedi. – Bank vərəqəsi?.. Yox, ayrı şeydir! – Zərfi bir qədər açaraq: –
Ödənilmiş veksel! – deyə bağırdı. – Çox qəribə! Bu qoca sarsaq çox nəzakətli imiş. Votren Kristofun başını fırfıra kimi tərpədərək:
– Get, qoçağım, get, – dedi. – Sənə yaxşı araqpulu verərlər.
Süfrə salınmışdı. Silviya südü qaynadırdı. Madam Voke sobada odu alışdırırdı. Votren oxuya-oxuya sahibəyə kömək edirdi.
Vaxta ki dolaşdım bütün dünyanı, Hamı agah oldu bu sirli işdən...
Hər şey hazır olanda madam Kutürlə madmazel Tayfer göründü. Madam Voke madam Kutürdən soruşdu:
– Mənim əzizim, səhər tezdən haradan belə gəlirsiniz?
– Biz müqəddəs Etyen dü-Mon kilsəsində ibadət edirdik. Axı bu gün biz cənab Tayferin yanına getmək fikrindəyik. Zavallı qızcığaz yarpaq kimi titrəyir.
Madam Kutür bu sözləri deyib sobanıın qarşısında əyləşdi və üzərindən buxar qalxan çəkməli ayaqlarını
oda tərəf uzatdı.
Madam Voke:
– Viktorina, siz də qızının, – deyə təklif etdi.
Votren stulu yetim qıza təklif edərək:
– Atanızın qəlbində mərhəmət hissi oyatmaq üçün Allaha yalvarmaq yaxşı işdir, – dedi. – Lakin bu azdır. Sizin bu köpəkbalığına, söylənildiyinə görə, üç milyona sahib olan və sizə cehiz belə verməyən bu vəhşiyə bütün həqiqəti söyləyəcək bir dostunuz olmalıdır. İndiki zamana görə gözəl qızların da cehizi olmalıdır.
– Zavallı uşaq, – deyə Voke ona acıdı. – Mənə qulaq asın, göyərçin, sizin dəhşətli atanız öz başına çox
bəlalar açacaqdır.
Bu sözləri eşitdikdə Viktorinanın gözləri yaşardı, dul arvad isə madam Kutürün işarəsini duyaraq sözünü kəsdi.
Kriqs-komissarın dul arvadı yenidən sözə başlayıb dedi:
– Heç olmasa, bir dəfə onu görə bilsəydik, heç olmasa, mən onunla danışa bilsəydim və arvadının son məktubunun məzmununu ona yetirə bilsəydim, yaxşı olardı. Mən məktubu poçtla göndərməyə cəsarət etmədim. O, mənim xəttimi tanıyır.
Votren madam Vokenin sözünü yarımçıq qoyaraq:
– Ah, ey məsum, bədbəxt
Dostları ilə paylaş: |
|
|