|
|
səhifə | 46/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| əri girdiyini görərək:
– Aha, – dedi, – nəhayət, şorbarama gəlib çıxdı!
Voke cavab verdi:
– Bağışlayın, bu, kələm şorbasıdır.
Gənclər qəhqəhə çəkib güldülər.
– Puare yaxşıca kötək yedi!
– Puare kələyə düşdü!
Votren dedi:
– Voke ciciyə əla qiymət verilməlidir. Muzey məmuru:
– Bu səhərki dumana diqqət verdinizmi?
Byanşon dedi:
– Bu, qəzəbli və görünməmiş bir duman idi: Qorio kimi boğucu, malxulyalı, yaşıl, qalın bir duman.
Rəssam izah etdi:
– Buna Qoriorama deyərlər, çünki onun arasından heç bir şey görmək mümkün deyil.
– Ey, milord Qo riott, bu, sizin haqqınızdadır.
Stolun axırında, xidmətçilərin girib-çıxdığı qapının yanında əyləşmiş Qorio ata başını qaldırdı və bəzən büruzə verdiyi köhnə alverçi adəti üzrə, salfetin altındakı çörək parçasını iylədi.
Voke öz bağırtısı ilə süfrə ətrafında əyləşənlərin, boşqabların və qaşıqların səsini batıraraq, qəzəblə dedi:
– Yoxsa, sizcə, çörək yaxşı çörək deyil?
– Əksinə, xanım, – Qorio cavab verdi. – Bu çörək əla Etamp unundan bişirilmişdir. Ejen soruşdu:
– Siz bunu necə təyin etdiniz?
– Ağlığına, təminə görə. Madam Voke dedi:
– Bur nun təminə görəmi? Siz ki çörəyi burnunuzla iyləyirdiniz. Siz o qədər qənaətli olmağa başlamışsınız
ki, axırda mətbəxin iyi ilə dolanmaq üçün çarə tapacaqsınız.
Muzey məmuru bağırdı.
– Onda bu ixtira üçün patent tələb edərsiniz, öyük sərvət qazanarsınız.
Rəssam:
– Kifayətdir, – dedi, – o, bunu vermişel fabrikantı olduğunu sübut etmək üçün eləyir. Muzey məmuru yenə soruşdu:
– Demək, sizin burnunuz burun deyil, kolbadır?
Byanşon:
– Necə? Kol?.. – .
– Kol-bax...
– Kol-paq...
– Kolbasa.
– Kol-rama.
Bu cavablar yaylım atəşinin sürəti ilə bütün salona yayıldı və əcnəbi dilini başa düşməyə çalışan bir adam
kimi, zavallı Qorio ata da mənasız bir nəzərlə qonşularına baxdıqca, daha çox gülüşməyə səbəb oldu.
Qorio yanında əyləşdiyi Votrendən soruşdu:
– Kol?..
Votren:
– Kol-paq, qoca, kolpaq, – deyə cavab verdi və Qorionun başına elə bir qapaz ilişdirdi ki, onun papağı gözlərinin üstünə düşdü. Bu gözlənilməz hücumdan özünü itirən zavallı qoca bir müddət hərəkətsiz donub qaldı.
Kristof, Qorio atanın şorbanı yeyib qurtardığını zənn edərək, boşqabını yığışdırdı; odur ki Qorio pap
Dostları ilə paylaş: |
|
|