|
|
səhifə | 50/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ə yüngül bir narazılıq ifadə edən tövrlə:
– Maksim, necə, siz gedirsiniz? – dedi.
Qrafinya tilbürinin gəldiyini görməmişdi. Rastinyak kəskin bir hərəkətlə dönərək, qrafinyanı gördü: o, əyninə ağ k şmir şaldan tikilmiş, açıq-qırmızı rəngli bantları olan bir penüar geymiş halda, səhərlər Paris qadınlarına məxsus bir ehtiyatsızlıqla daranmış saçları ilə Rastinyakın qarşısında dayanmışdı. Onun vücudundan ətir yayılırdı. Yenicə vanna qəbul etmiş olduğu görünürdü. Onun, sanki, yumşalmış gözəlliyində daha həssas bir təbiət duyulurdu. Gözləri nəm görünürdü. Gənclərin gözləri hər şeyi
görməyə qadirdir, bir bitki özünə lazım olan dirilik maddələrini havadan çəkdiyi kimi, gənclərin hissləri də
qadının saçdığı nurla birləşir. Odur ki Ejen bu qadının əllərinə toxunmasa da, bu əllərin gənclik təravətini hiss edə bilərdi. K şmir penüarın arasından açıq-cəhrayı döşünün gözəlliyi hiss olunurdu. Penüar xəfifcə açıldığı zaman döşü də açıq görünürdü. Ejen sərsəm baxışlarla bunu bir an seyr etdi. Qrafinyanın korsetə ehtiyacı yox idi: onun belinin incəliyini kəmərin taxılmasından anlamaq olurdu. Boynu məhəbbətə
çağırırdı, ayaqqabılı ayaqlarında ayrı gözəllik vardı. Maksim onun əlini öpmək istədiyi zaman, Ejen
Maksimi, qrafinya isə Ejeni görmüş oldu.
Qrafinya ağıllı adamların ibrət aldıqları bir tövrlə:
– Sizmisiniz, müsyö de Rastinyak, – dedi, – mən sizi gördüyümə çox şadam.
De Tray çağırılmamış qonağı getməyə məcbur edə biləcək mənalı bir nəzərlə gah Ejenə, gah da
qrafinyaya baxırdı.
“Bu nədir! Əzizim, mən ümidvaram ki, sən bu həyasızı bayıra atacaqsan!” Bu qrafinya Anastazinin Maksim adlandırdığı məğrur və arsız gəncin baxışındakı mənanı aydın, dəqiq ifadə edirdi. Qrafinya Maksimə, qadının bütün sirlərini özündən asılı olmadan üzə çıxaran bir itaətkarlıqla baxırdı.
Rastinyakın qəlbində bu gəncə qarşı dərin nifrət hissi oyandı. Hər şeydən əvvəl, Maksimin sarışın, qəşəng qıvırcıq saçlarından Rastinyak başa düşdü ki, öz saçları nə qədər iyrənc şəkildə daranmışdır. Maksimin ayaqlarında zərif, təmiz çəkmələri vardı, halbuki Ejenin çəkmələrində, bütün səyinə baxmayaraq, nazik toz təbəqəsi görünürdü. Bundan başqa, bu şıq gəncin əynindəki sürtuk vücudunu zə
Dostları ilə paylaş: |
|
|