|
|
səhifə | 51/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| rif şəkildə sarıyaraq, onu gözəl qadına oxşatdığı halda, Ejenin əynində gündüz , saat üçün yarısında, qara frak vardı. Şaranta* sahillərindən gəlmiş olan bu ağıllı gənc, yetimləri belə soya biləcək insanların mühitinə mənsub olan bu ucaboylu, nazik bədənli, aydın baxışlı, solğun bənizli şıq gəncin kostyumunun nə qədər böyük üstünlük yaratdığını təsəvvürünə gətirə bilərdi.
Qrafinya de Resto Rastinyakın cavabını gözləmədən, penüarının ətəklərini sallaya-sallaya, quş kimi ikinci qonaq otağına uçdu. Penüarın ətəkləri büzülür, dalğalanır, qrafinyanı kəpənəyə oxşadırdı. Maksim də onun ınca getdi. Hiddətlənən Ejen Maksimlə qrafinyadan ayrılmadı, onları təqib etdi... Hər üçü böyük qonaq salonunun ortasında toplaşdı. Tələbə nifrət bəslədiyi Maksimə maneə olduğunu gözəlcəsinə başa düşürdü. Bununla belə, qrafinyanın məmnun qalmamasına səbəb olmaqdan qorxmayaraq, bu şıq gəncə mane olmağa qərar verdi. Ejen bu gənci madam de Boseanın balında gördüyünü xatırlayaraq, bir an içində, Maksimin qrafinya de Restonun yanında nə rol oynadığını dərhal duymuşdu. O, böyük axmaqlıqlara, yaxud böyük müvəffəqiyyətlərə səbəb olan bir gənclik cəsarəti ilə özünə dedi ki: bax bu, mənim rəqibimdir, mən onun üzərində qələbə çalmaq istəyirəm!
Düşüncəsiz gənc! O, qraf Maksim de Trayın, təhqir edildiyi zaman, birinci atəş açdığını və düşmənini öldürdüyünü bilmirdi. Ejen təcrübəli ovçu olsa da, hələ tirdəki iyirmi iki hədəfdən iyirmisini vurmaq iqtidarında deyildi.
Gənc qraf buxarının yanındakı dərin kresloda əyləşərək, elə bir hiddət və təəssüflə maşanı götürüb kömürü qarışdırmağa aşladı ki, Anastazinin gözəl üzünü dərhal duman bürüdü. Gənc qadın üzünü Ejenə çevirib, təəccüb dolu soyuq nəzərlə ona baxdı. Bu baxış tamamilə aydın şəkildə yalnız bunu ifadə edirdi: “Bəs siz nə üçün çıxıb getmirsiniz?” Bu baxışın mənası o qədər aydın idi ki, yaxşı tərbiyə görmüş adamlar dərhal vidalaşmaq üçün söylənilə biləcək ləri düşünməyə vadar ol rd .
Ejen xoş təbəssümlə gülümsəyərək, cavab verdi:
– Madam, mən sizi görmək arzusunda idim, çünki...
Onun sözləri yarımçıq qaldı. Qapı açıldı. Birdən-birə içəri tilbürini sürən şlyapasız cənab daxil oldu. O, qrafinyaya salam belə vermədən, qəmli nəzərlə tələbəyə baxdı və əlini Maksimə uzadaraq, Rastinyakı heyrətləndirən bir qardaşlıq ədası ilə “
Dostları ilə paylaş: |
|
|