|
|
səhifə | 62/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| əri adamların qarşısına çıxan
maneələri, lütf göstərib rədd edən əfsanəvi pərilər kimi, mənə yardım etməkdən çəkinməzdiniz. O, gülərək cavab verdi:
– Yaxşı, kuzen, yaxşı, mənim sizə nə mənfəətim dəyə bilər?
– Mən özüm belə bilmirəm. Sizinlə elə uzaqdan-uzağa qohum olmaq özü də səadətdir. Siz məni utandırdınız, mən nə deyəcəyimi belə unutdum. Siz mənim Parisdə tanış olduğum yeganə xanımsınız. Ah, mənim sizin məsləhətinizə nə qədər böyük ehtiyacım olduğunu bilsəydiniz... Sizin qanadlarınız altına sığınmaq istəyən və sizin üçün ölümə belə getməyə razı olan zavallı bir uşaq kimi məni himayə etməyinizi xahiş etmək istərdim.
– Siz məndən ötrü adam öldürə bilərdinizmi?
– Lap ikisini öldürərdim.
Vikontessa yaşaran gözlərini gizlədərək:
– Siz, doğrudan da, uşaqsınız, – dedi. – Mənə elə gəlir ki, siz səmimi sevə bilərdiniz!
O, başını silkələyərək:
– Ah, doğru buyurursunuz! – deyə bağırdı
Vikontessa isə bu cavaba görə şöhrətpərəst tələbəyə qarşı qəlbində bir hüsn-rəğbət duydu. Cənublu gənc ömründə birinci dəfə hər şeyi ölçüb-biçib hərəkət edirdi. Ejen qrafinya de Restonun mavi buduarı ilə madam de Boseanın açıq-qırmızı salonu arasında olduğu müddətdə Paris hüquq elminin üçillik kursunu keçə bilmişdi. Bu kursdan bəhs edilməsi də, hər halda, b yüksək cəmiyyətdəki hüq q elminin məğzini təşkil edir, yaxşı mənimsənildikdə və məharətlə həyata tətbiq edildikdə isə bunun sayəsində hər şeyə müvəffəq olmaq mümkündü.
Ejen dedi:
– Ah, yadıma düşdü! Sizin evinizdəki balda qrafinya de Resto mənim xoşuma gəlmişdi. Bu gün səhər onun evində idim.
Madam de Bosean gülümsəyərək:
– Yəqin ki, siz ona çox mane olmuşsunuz, – dedi.
– Əlbəttə, mən nabələd adamam və siz mənə mən hamını özümə düşmən edərəm. Mən belə zənn edirəm ki, Parisdə heç kəslə məşğul olmayan gənc, gözəl, zərif və varlı bir xanıma təsadüf etmək mümkün deyildir. Halbuki mənim belə bir qadına ehtiyacım var. Mən elə bir qadın istərdim ki, siz qadınların, məharətlə təlim edə bildiyi həyat dərsini mənə öyrətsin. Mən hər yerdə qraf de Tray kimilərinə rast gələcəyəm. İndi sizin yanınıza gəlməkdə məqsədim də bir müəmmanı mənə aydınlaşdırmağı və orada necə axmaqlıq törətdiyimi izah etməyi sizdən xahiş etməkdir. Mən onun yanında söhbət açıb
Dostları ilə paylaş: |
|
|