|
|
səhifə | 68/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| rdı. O, öz qızlarının ondan utandığını görür, qızları öz ərlərini sevdikləri üçün o, kürəkənlərinə əngəl olduğunu hiss edirdi. Nəhayət, fədakarlıq göstərmək vaxtı gəlib çatdı: o, öz- özünü qızlarının evindən sürgün etdi, qızları isə onun bu işindən razı qaldılar. Bunu görən ata doğru hərəkət etdiyini anlamışdı. Bu surətlə atanın və qızların iştirakı ilə ailə cinayətinin əsası qoyulmuş oldu.
Bu cür hadisələrə biz hər addımda rast gəlirik. Məgər bu Dorio ata qızlarının salonunda bir yağ ləkəsinə
bənzəməzdimi? Zatən onun özü vəziyyətindən darıxacaq və xiffət çəkəcəkdi. Atanın başına gələn bu fəlakət bütün varlığı ilə bir kişini sevən qadının da başına gələ bilər: qadın öz məhəbbəti ilə kişini bezikdir
, kişi yaxasını qurtarmaq üçün onu tərk edir, alçaq işlərə əl atır. Bütün hisslərin taleyi belədir. Qəlblərimiz xəzinədir: onu birdən-birə xərcləsəniz, dilənçi qalarsınız. Biz bütün varlığını açıb göstərmiş olan hisslərə də, bir su pulu belə qalmayan kişilərə də rəhm etmərik. Bu ata bütün varlığını öz qızlarının yolunda qoydu. O, iyirmi il ərzində öz qəlbini, məhəbbətini verdiyi halda, bütün sərvətini bir günün ərzində verdi. Qızları l m nu sıxıb qabığını çölə atdılar.
Vikontessa gözlərini qaldırmadan, şalının saçaqlarını əsəbiliklə dartaraq:
– Cəmiyyət nə qədər rəzildir, – dedi. Onun ağrıyan yerinə toxunmuşdular, hersoginyanın son sözlərinin
ona aid olduğunu duydu.
Hersoginya:
– Rəzilmi deyirsiniz?.. Xeyr... – deyə cavab verdi. – Cəmiyyət öz yoluna davam edir. Bununla mən ancaq onu demək istəyirəm ki, mən qətiyyən cəmiyyət haqqında fikrimdə aldanmıram. – Sonra vikontessanın əlini sıxaraq: – Mən də elə sizin fikrinizə şərikəm, – dedi. – Cəmiyyət – uçurumdur. Biz yüksək yerlərdə dayanmağa çalışmalıyıq.
Hersoginya ayağa durdu və madam de Boseanın alnından öpərək:
– Əzizim, – dedi, – siz bu gün çox gözəl görünürsünüz. Mən sizin üzünüzün rənginə heyranam, buna bənzər heç şey görməmişəm.
Hersoginya Rastinyaka baxdı, başını xəfifcə əyib, otaqdan çıxdı.
Ejen gecə qocanın gümüş qabı əzdiyini xatırlayaraq:
– Qorio ata gözəl adamdır! – dedi.
Madam de Bosean fikrə daldığından onun bu sözlərini eşitmədi. Bir neçə
Dostları ilə paylaş: |
|
|