|
|
səhifə | 69/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| dəqiqə sükut içində keçdi.
Zavallı tələbə həya edərək susurdu: bilmirdi danışsın, ya çıxıb getsin.
Nəhayət, vikontessa dilləndi:
– Kübar cəmiyyət kinli və rəzildir, – dedi. – Başınıza bir müsibət gələrsə, dərhal dostlarınızdan biri bu xəbəri hər tərəfə yaymağa, qəlbinizi xəncərlə ovmağa hazırdır, siz də bu xəncərin gözəl dəstəyini seyr etməyə məcbursunuz. Acı sözlər, istehzalar, kinayələr! Yox, mən özümü müdafiə edəcəyəm!
O, kübar xanım vüqarı ilə başını qaldırdı, onun məğrur baxışından ildırım çaxdı.
Ejeni görərək:
– Ah, siz buradasınız! – dedi.
Ejen zavallı səslə:
– Bəli, hələ buradayam! – deyə cavab verdi.
– İndi mənim sözümə qulaq asın, cənab de Rastinyak. Siz bu cəmiyyətlə istədiyiniz kimi rəftar edə bilərsiniz. Siz müvəffəqiyyət qazanmaq niyyətindəsiniz, mən sizə kömək edərəm. Qadın rəzalətinin bütün dərinliyini öyrənin, kişilərin rəzil şöhrətpərəstliyinin nə qədər geniş olduğunu dərk edin. Mən şəxsən kübar cəmiyyət kitabını diqqətlə mütaliə etmişəm, bununla belə, bəzi səhifələrindən bixəbər olduğum anlaşılır. Artıq mən hər şeyi bilirəm: siz nə qədər soyuqqanlı hərəkət etsəniz, bir o qədər qabağa gedərsiniz. Zərbələrinizi amansızcasına vurun, o zaman hamı sizin qarşınızda titrəyəcəkdir. Kişilərə və qadınlara poçt atı nəzəri ilə baxın, rəhm etmədən bu atları qovun, qan-tər içində ölənlərə əhəmiyyət verməyin, – o zaman siz bütün arzularınıza nail olarsınız. Unutmayın ki, sizin taleyinizdə iştirak edən bir qadın olmazsa, siz cəmiyyətdə heç nəyə müvəffəq ola bilməyəcəksiniz. Siz elə bir qadın tapmalısınız ki, o həm gözəl, həm gənc, həm də zəngin olsun. Sizdə səmimi məhəbbət hissi oyanarsa, onu bir zinət kimi elə gizlədiniz ki, heç kəsin fikrinə belə gəlməsin, yoxsa məhv olarsınız. Əgər siz cəllad ola bilməsəniz, qurbanlığa çevrilərsiniz. Əgər qəlbinizdə bir məhəbbət doğarsa, bu sirri ən müqəddəs şey kimi qoruyun! Qəlbinizi açmaq istədiyiniz adamı bütün varlığı ilə tanımadan bu sirri ona açmayın. Sizdə hələ belə bir məhəbbət oyanmamışdr, lakin qabaqcadan onu qorumaq lazımdır, cəmiyyətə inanmamaq sizin üçün
dərs olsun. Yaxşı qulaq asın, Miquel (o, səmimi olaraq Ejenin adını yanlış söylədiyini sezmədi), iki qızın öz atalarını atmaqdan, bəlkə də, ölümünü arzu etməkdən daha dəh
Dostları ilə paylaş: |
|
|