|
|
səhifə | 70/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| şətli bir şey var ki, o da iki bacının rəqabətidir. Resto kübar ailədəndir, onun arvadını yüksək cəmiyyətdə qəbul edirlər, onu saraya belə təqdim etmişlər. Bax buna görə də onun bacısı – gözəl və zəngin Delfina, maliyyə canbazı de Nusingenin arvadı Delfina hirsindən özünü yırtır: axıllıq onu rahat yatmağa qoymur. Qrafinya de Resto bacısından on qat yuxarı qalxmışdır. Artıq onlar bacı deyillər, atalarını rədd etdikləri kimi, bir-birini də rədd etmişlər. Buna görədir ki, madam de Nusingen mənim evimə daxil olmaq üçün Sen-Lazar küçəsindən Qrenel küçəsinə qədər bütün palçığı yalamağa hazırdır. O, ümidini de Marseyə bağlamışdı: onun vasitəsilə məqsədinə nail olmaq fikrində idi; o, de Marseyə qul oldu, onu rahat qoymadı. De Marse isə onunla maraqlanmır. Əgər siz Delfinanı mənə təqdim etsəniz, onun məbudu siz olacaqsınız, o, sizə ibadət edəcəkdir. Sonra mümkün olarsa, onu sevə bilərsiniz, sevməsəniz də, məqsədiniz üçün Delfinadan istifadə edin. Mən onu bir-iki dəfə böyük müsamirədə qonaqlarla birlikdə qəbul edə bilərəm, lakin
gündüz qəbul etmək mümkün deyil. Mənim onunla salamlaşmağım kifayətdir. Qrafinyanın qapısını isə siz
Qorio atanın adını çəkməklə, öz əlinizlə qapamışsınız. Bəli, mənim əzizim, siz qrafinya de Restonun
yanına iyirmi dəfə gedə bilərsiniz, lakin iyirmi dəfə onun evdə olmadığını sizə söyləyəcəklər. Sizi qəbul etməmək üçün əmr verilmişdir. Qoy Qorio ata sizi Delfina de Nusingenlə tanış eləsin. Gözəl Delfina sizin üçün bir pərdə olar. Qoy o, sevmək üçün sizi intixab etsin, bütün qadınlar sizi çılğıncasına sevəcəklər. Onun rəqibləri də, ən yaxın rəfiqələri də sizi onun əlindən almaq üçün can atacaqlar. Şlyapalarımızın fasonlarını mənimsəməklə bizim ədalarımızı qəbul edəcəklərini zənn edən meşşan qadınlar kimi, onlar da başqalarının sevgililərini üstün tuturlar. Siz müvəffəqiyyət qazanacaqsınız. Parisdə isə müvəffəqiyyət hər şeydir, müvəffəqiyyət hakimiyyətin açarıdır. Qadınlar sizin ağıl və istedadınıza qiymət qoyduqdan sonra kişilərdə, məyus doğurmasanız, buna mütləq inanacaqlar. O zaman siz hər şeyə müvəffəq olacaqsınız: bütün qaplıar üzünüzə açılacaqdır. O zaman siz özünüz anlayacaqsınız ki, bu kübar cəmiyyətdə yaşayanlar ancaq yalançılar və axmaqlardır. Nə axmaqlara, nə də yalançılara meyil etməyin
Dostları ilə paylaş: |
|
|