|
|
səhifə | 81/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ün cild-cild kitablar yazmağa ehtiyac yoxdur, analara bir söz belə kifayətdir, bir söz belə məni məchuliyyət iztirabından xilas edə bilərdi. Məktubun mənə ağır təsir bağışladığını səndən gizlədə bilmərəm. Mehriban oğlum, mənim qəlbimə bu qorxu hissini salmağa səni nə vadar etdi? Görünür sən
bu məktubu yazdıqca çox iztirablar keçirmisən, çünki mən də sənin məktubunu oxuduqca iztirab içində
çırpınırdım. Sən özün üçün nə kimi bir məslək seçmək fikrindəsən? Sənin həyatın, sənin səadətin həqiqətdə olduğu kimi deyil. Başqa bir donda görünmək zəruriyyətindən asılı olmazmı, qüvvətindən artıq pul sərf etmədən və dərslərin üçün qiymətli olan vaxtını puç etmədən, məclislərində iştirak etmək mümkün olmayan insanlarla oturub-durmağa məcbur olmazsanmı? Mənim mehriban Ejenim, inan ana ürəyinə: əyri yol xeyrə çıxarmaz. Sənin vəziyyətində olan gənclərin yeganə bir yolu varsa, o da səbir və tərki-dünyadır. Mən səni qətiyyən danlamaq fikrində deyiləm, mən öz hədiyyəmizə heç bir acı şey qarışdırmaq istəmirəm. Mənim sözlərim inanan və hər bir şeyi nəzərə alan ananın ürək sözləridir. Əgər sən öz vəzifəni bilirsənsə, sənin saf qəlbini, gözəl məqsədlərini anandan başqa kim yaxşı bilər? Ona görə, oğlum, mən sənə qorxmadan ancaq bunu deyə bilərəm: get, mənim əzizim, yolun uğurlu olsun! Mən yalnız ana olduğum üçün qorxuram, lakin hər addımını bizim xeyir-duamız izləyəcəkdir. Ehtiyatlı ol, mənim mehriban oğlum. Sən mərd adamlar kimi ağıllı olmalısan, çünki beş nəfərin taleyi sənin əlindədir, sənin səadətin isə bizim səadətimizdir. Təşəbbüslərində sənə kömək etmək üçün biz Allaha yalvarırıq. Marsi yak xalan bu məsələdə fövqəladə mərhəmət göstərdi. Sənin mənə əlcək haqqında yazdığını o özü başa düşmüşdü. O, şadlıqla deyirdi ki: “Bəli, bacıoğlu mənim zəif damarımdır!” Ejen, xalanı həmişə sevmək sənin borcundur: onun sənin xatirinə nələr etdiyini yalnız sən müvəffəqiyyət qazandıqdan sonra eşidərsən, müvəffəqiyyət qazana bilmədikdə isə onun verdiyi pullar daim sənin əllərini yandıracaqdır. Siz uşaqlar yadigar olan şeylərdən məhrum olmağın nə demək olduğunu başa düşməzsiniz! Lakin sizin xatiriniz üçün biz nələr
Dostları ilə paylaş: |
|
|