|
|
səhifə | 82/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| fəda etmirik?! Xalan sənin alnından öpür və arzu edir ki, sən bu busə ilə həmişə müvəffəqiyyət qazanmaq iqtidarında olasan. Mərhəmətli, gözəl xalan, revmatizmi olmasaydı, bu sözləri özü sənə yazardı. Atan sağ və salam td r. Bacılarından daha danışmıram: L ra özü sənə məktub yazır. Qoy o, ailəmizdəki xırda hadisələri sənə xəbər verməkdən zövq alsın. Tanrı sənə müvəffəqiyyət versin! Ah, Ejen, sən mütləq müvəffəqiyyət qazanmalısan! Mən sənin dərdindən özümü o qədər həlak etmişəm ki, müvəffəqiyyət qazana bilməsən, artıq dözə bilməyəcəyəm. Mən, oğluna verə biləcəyi sərvətin həsrətini çəkən yoxsul anaların dərdini duydum. Əlvida, oğlum! Bizi nigaran qoyma, hərarətli ana busəsini qəbul et”.
Ejen məktubu oxuyub qurtardığı zaman yanaqlarından göz yaşı axırdı. O, Qorio atanın öz qızının vekselini
ödəmək üçün gümüş qabları əzdiyini və aparıb zərgərə satmağını düşünürdü. O, öz-özünə: “Sənin anan
da öz c vahiratını sənin üçün “əzib” satmışdır, – deyirdi. – Xalan da, ehtimal, öz ailə yadigarlarını satarkən
çox ağlamışdır! Bəs sənin Anastazini töhmət etməyə nə haqqın var? O, öz məşuqu üçün etdiyini sən də
öz xudbin gələcəyin üçün etmədinmi? İndi söylə, hansınız daha yaxşısınız: sən, yoxsa o?” Tələbə, ürəyinin od içində yanıb kül olduğunu hiss edirdi. O, cəmiyyət həyatından belə əl çəkmək, bu pulları geri qaytarmaq istəyirdi. O, gizli vicdan əzabları, namuslu və gözəl hisslər duyurdu. Bu hissləri öz yaxın adamları haqqında rəy yürüdən insanlar təqdir etmək iqtidarında deyillər. Halbuki onların xatiri üçün yer üzündəki ədalət məhkəməsinin məhkum etdiyi canilərə belə göylərdəki mələklər bəraət qazandırmağa hazırdır. Rastinyak bacısının məktubunu açdı. Məktub məsum və lətif cümlələrlə yazılmışdı. Rastinyakın ürəyi açıldı.
“Əziz qardaşım, sənin məktubun lap yerinə düşdü. Mən də, Aqata da öz pullarımızı xərcləmək niyyətində idik, ancaq nə almaq barəsində münaqişəmiz oldu, nə alacağımıza qərar verə bilmədik. Sən də öz ağasının saatlarını yerə salan İspaniya kralı xidmətçisi kimi öz məqsədinə nail oldun: sən bizim aramızda saziş yaratdın. Biz həqiqətən hansı arzumuzu yerinə yetirmək üstündə savaşırdıq, lakin hər ikimizin arzumuzu birləşdirəcək bir şey ağlımıza belə gəlmirdi, əzizim Ejen. Aqata se
Dostları ilə paylaş: |
|
|