|
|
səhifə | 84/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| məşğuldur. Paltar çox gizli tikilir. Yalnız iki ətəyini tikmək qalmışdır. Ve tey tərəfdə divar çəkməmək üçün qərar çıxarılmışdır, orada ancaq balaca bir hasar olacaqdır. Qara camaat bunun sayəsində meyvədən və üzüm salxımlarından məhrum edilsə də, xaricilər üçün gözəl bir mənzərə yaradılacaqdır. Vəliəhdin cib yaylığına ehtiyacı vardırsa, məlumu olsun ki, dul kraliça de Marsi yak Pompeya və Kerkulanum* adı ilə şöhrət qazanan xəzinələrini araşdırdıqdan sonra çoxdan unutmuş olduğu əla bir holland kətanı tapmışdır. Şahzadə xanımlar L ra və Aqata, həmişəki kimi, qəşəng əllərini, iynələrini və saplarını onun ixtiyarına vermişlər. ənc şahzadə – don Anri ilə don Qabriel yenə də köhnə pis vərdişlərindən əl çəkməyib: çoxlu üzüm mürəbbəsi yeyir, bacılarını hirsləndirir, heç şey oxumur, quş yuvalarını dağıdır, səs-küy salır, dövlətin qanun-qaydalarını pozaraq, cavan söyüd budaqlarını kəsib-doğrayırlar. Roma papasının nunsisi, başqa təbirlə, bizim keşiş, imla dərsi əvəzinə yenə əvvəlki kimi boş-boşuna dolaşacaqlarsa, kilsədən məhrum edəcəyini onlara bildirmişdir. Xudahafiz, mehriban qardaşım, heç bir məktub bu məktub kimi başdan- başa sənin səadətin üçün dualar və məmnun bir məhəbbətlə dolu olmamışdır. Buraya yolun düşərsə, bizə çox söhbətlər etməli olacaqsan. Mən sənin böyük bacınam. Mənə hər şeyi danışarsan! Xalam sənin yüksək cəmiyyətdə müvəffəqiyyət qazandığına işarə edir.
Hamı xanım haqqında danışır, başqalarını yada salan yoxdur.
Öz aramızda qalsın, Ejen! Əgər istəyirsənsə, biz özümüzə cib yaylığı tikmərik, sənin üçün köynək tikərik. Bu barədə bizə tez cavab yaz. Əgər sən yaxşı tikilmiş, qəşəng köynək istəyirsənsə, biz dərhal əyləşib, köynəkləri tikməyə başlamalıyıq. Əgər Parisdə bizə məlum olmayan fasonlar varsa, tez bizə göndər, xüsusilə manjet fasonu bizi çox maraqlandırır. Əlvida, əlvida, əzizim! Səni, alnının sol tərəfindən – yalnız mənə aid olan yerindən öpürəm. Mən Aqataya təmiz kağız vərəqi vermişəm, mənim sənə yazdığımı oxumamağı vəd etmişdir. Lakin mənim məktubumu oxumayacağına əmin olmaq üçün, yanında dayanıb məktubu yazıb qurtarmağını gözləyəcəyəm. Səni sevən bacın.
L ra de Rastinyak”.
Ejen öz-özünə: “Bəli, bəli, – deyirdi, – sərvət, nə olur-olsun, sərvət! Heç bir c vahirat bu vəfalı məhəbbəti
əvəz edə bilməz. Ah, mən onlara bütün dünyanın
Dostları ilə paylaş: |
|
|