|
|
səhifə | 96/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| runa gəlməsə, bu mömin adamların halını mən bu saat təsəvvür edə bilərəm. Demək, əgər siz birdən-birə varlanmaq istəyirsinizsə, ya doğrudan da zəngin olmalı, ya zəngin bir adam kimi görünməlisiniz. Varlanmaq üçün qumar oynamalı , yoxsa xırda qumarla heç yə nail olmazsınız. Sizin bacara biləcəyiniz yüz peşə sahiblərindən on nəfəri sürətlə müvəffəqiyyət qazanmış olarsa, camaat dərhal onları oğru adlandıracaqdır. Buradan özünüz nəticə çıxara bilərsiniz. Həyat budur, budur həyatın həqiqətləri! Həyat mətbəx iyi verir, əgər bir şey bişirmək fikrinə düşsən, əllərini bulaşdırmalısan, ancaq sonra əllərinin çirkini yaxşı- yumalısan. Dövrümüzün əxalaqı budur. Mənim insan cəmiyyətinə belə bir nəzərlə baxmağa hüququm var, çünki mən bu cəmiyyətə yaxşı bələdəm. Siz elə güman edirsiniz ki, mən bu cəmiyyəti söyürəm? Zərrə qədər yox. O, həmişə belə olmuşdur. Moralistlər də onu heç zaman dəyişə bilməyəcəklər. İnsan hələ kamillik dərəcəsinə çatmaqdan uzaqdır. İnsan bəzən az, bəzən çox riyakarlıq edər, axmaqlar isə birinin əxlaqlı, o birinin əxlaqsız olduğunu söylərlər. Mən sadə xalqı tərifləməklə varlıları qınamaq fikrində deyiləm: insan hər yerdə bir cürdür, aşağıda, ya yuxarıda, ya da ortada olmağının heç bir fərqi yoxdur. İnsan sürüsünün hər milyon nəfəri arasında özünü hər şeydən,
qanunlardan belə yüksək tutan beş-on nəfər tapıla bilər, mən də o nadir adamlardanam. Siz isə ali əxlaqlı
adamsınızsa, birbaşa cəsarətlə gedin. Lakin siz sadəlik, paxıllıq və iftira ilə daim vuruşmağa, bütün cəmiyyətin əleyhinə getməyə məcbur olacaqsınız. Napoleon Obri* adlı bir hərbiyyə naziri ilə toqquşduğundan, nazir az qalmışdı ki, onu müstəmləkəyə sürgün etsin. Özünüzü yoxlayın, hər gün səhər tezdən oyandığınız zaman iradənizin dünənkinə nisbətən daha qüvvətli olub-olmadığına diqqət edin. Bütün bü söylədiklərimi nəzərə aldıqdan sonra mən sizə elə bir iş təklif edəcəyəm ki, heç kəs onu rədd etməz. Diqqətlə sözlərimə qulaq asın. Müsaidənizlə sö ləməliyəm ki, mənim də özümə məxsus planım var. Birləşmiş Ştatların cənub tərəfində, yüz arpanlıq bir malikanədə patriarxal həyat qurmaq fikrindəyəm. Mən plantator olmaq, qul sa
Dostları ilə paylaş: |
|
|