|
|
səhifə | 99/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| də qaldırır.
– Bəs belə bir qızı mən haradan tapa bilərəm?
– O, sizin yanınızdadır, buyurun!
– Madmazel Viktorinanımı deyirsiniz?
– Bəli, özüdür ki var.
– Bu necə ola bilər?
– Gələcək balaca baronessa de Rastinyak artıq sizə aşiq olmuşdur.
Ejen təəccüblə:
– Onun heç şeyi yoxdur, – dedi.
– Aha! Biz əsl mətləbə indi gəlib çatdıq, – Votren cavab verdi. – Bir-iki kəlmə daha, hər şey aydın olar. Atası Tayfer qoca əclafdır: onun inqilab dövründə öz dostunu öldürməsindən şübhələnirlər. Mənim kimi fırıldaqçılardandır, müstəqil fikir sahibidir. Bankirdir, “Fred rik Tayfer və irkəti” bankir evinin əsas pay sahiblərindəndir. O, Viktorinanı yoxsul qoyub, bütün var-yoxunu yeganə oğluna vəsiyyət etmək niyyətindədir. Belə haqsızlıq mənim heç xoşuma gəlməz. Mən Don-Kixot kimiyəm: zəifləri güclülərdən müdafiə etməyi sevirəm. Allah bankirin oğlunu öz yanına çağırmaq üçün müsaidə buyursaydı, Tayfer öz qızını geri qaytarmağa məcbur olardı. O, varissiz qalmaq istəmir, bu səfehlik insan təbiətinə məxsus şeydir, yenidən uşaq doğmaq isə artıq onun iqtidarında deyildir, mən bunu yaxşı bilirəm. Viktorina mülayim, sevimli qızdır: onu tez ələ keçirə bilər, onu fırfıraya çevirib, atalıq hissindən istifadə edərək, istədiyi kimi fırlaya bilər. Sizin məhəbbətiniz onu çox mütəəssir etmiş olacaq: o, sizi unutmayacaq, sizə ərə gedəcəkdir. Qəzavü-qədər rolunu isə mən oynayacağam, Allahın əmrini yerinə yetirəcəyəm. Mənim bir dostum var, ona çox yaxşılıqlar etmişəm. Luara ordusunun polkovnikidir*, bir az bundan əvvəl kral qvardiyasına daxil olmuşdur. Polkovnik mənim hər məsləhətimə qulaq asır, o, atəşin bir royalist olmuşdur. Axmaq deyil, odur ki, məsləkinə çox da yüksək qiymət verməz. Mənim mələk oğlum, mən sizə bir məsləhət də verə bilərəm: məsləkinizlə çox da hesablaşmayın, sözlərinizə çox da qiymət verməyin... Alan tapılarsa, bunu satmaqdan çəkinməyin. Birisi öz məsləkinə heç zaman xəyanət etməyəcəyini söyləyərək qürurlananda, daim bir xətlə yeriməyə məcburdur: buna ancaq heç bir günahı olmadığına
əmin olan axmaq adam deyərlər. Prinsip yoxdur, ancaq hadisələr var. Qanun yoxdur, hər şey vəziyyətdən asılıdır. Yüksəklərdə qanad çalanlar, hadisələrə və vəziyyətlərə rəhbərlik etmək üçün özlərini bunlara uyuşdururlar. Pr
Dostları ilə paylaş: |
|
|