|
|
səhifə | 10/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| lərə bənzəmirdi. Bu, həyatla dolu, yaxud buz kimi donuq, dilsiz, lakin qəlbi dərindən həyəcanlandıran faciələr, nəhayəti olmayan faciələr idi.
Qoca Mişono zəifləmiş gözlərinin üstünə yaşıl taftadan tikilmiş, mis məftillə bağlanmış kirli bir günlük taxırdı. Mərhəmətli mələklər belə buna baxsaydılar, dəhşətə gələrdilər. Seyrək saçaqlı şalı sanki sk letə sarınmışdı: şalın altında gizlənmiş vücudun sümükləri kələ-kötür şəkildə görünürdü. Təsəvvür etmək olardı ki, bu vücud bir zamanlar gözəl və boylu-buxunlu olmuşdur.
Görəsən, bu məxluqun qadın cizgilərini hansı bir turşu zəhərləmişdir: ünahmı, fəlakətmi, yoxsa xəsislikmi? Bəlkə, bu qadın məhəbbət nəşələrindən sui-istifadə etmiş, bəlkə, köhnə paltar alıb-satmaqla məşğul olmuş, bəlkə də, sadəcə, bir kurtizanka olmuşdur? Bəlkə də, nəşələri sel kimi özünə cəlb edən gəncliyin zəfərlərini o, yolçuları belə özündən qaçmağa məcbur edən qocalığı ilə bağışlatmağa çalışırdı? İndi onun boş və mənasız baxışlarından soyuqluq yağır, görkəmsiz simasında hədə-qorxu hiss olunurdu. Onun incə səsi qış ərəfəsində kol-kos arasında gizlənmiş cırcıramanın cırıltısına bənzəyirdi. Dediyinə görə, o, sidik kisəsinin katarı xəstəliyinə düçar olmuş bir qocaya qulluq edirmiş, uşaqları isə onun pulu olmadığını güman edib, qocanı atıb getmişdilər. Qocadan ona ömrünün axırına qədər min franklıq bir renta qalmışdı, lakin qocanın varisləri Mişonoya hər cür iftiralar ataraq, bu vəsiyyətnaməni ləğv etməyə çalışırdılar. Onun üzünün dərisi ehtiras fırtınalarından büzüşsə də, bir zamanlar ağ və incə olan dərinin əlamətləri hiss olunurdu. Buna əsasən onun vücudunda bəzi gözəllik izlərini sezmək mümkün idi.
Cənab Puare bir növ avtomata bənzəyirdi. Budur, o, boz bir kölgə kimi Botanika bağının xiyabanında dolaşır: başında köhnə əzik papaq, zəif əlində fil sümüyündən olan başı saralmış əsa vardır, sürtukunun rəngi solmuş, ətəkləri yellənir, nə elə bil iki ağacın üzərinə geydirilmiş qısa şalvarını, nə də ki sərxoş ayaqları kimi silkələnən nazik ayaqlarındakı mavi corabların üstünü örtə bilirdi; yuxarıdan isə bu acı mənzərəni çirkli ağ bir jilet seyr edir, hinduşka boynu kimi uzun və nazik boynundakı bükülmüş
boyunbağısından ayrılan köhnəlmiş ucuz muslin yaxalığı görünür. Ona təsadüf edən adamlarda istər- istəməz belə bir sual doğardı: bəlkə də, bu
Dostları ilə paylaş: |
|
|