|
|
səhifə | 100/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| insiplər və qanunlar əbədi olsaydı, xalqlar bunu çirkli köynək kimi dəyişməzdi. Bir fərd böyük bir millətdən ağıllı olmağa borclu deyildir. Bu gün Fransa qarşısında heç bir xidməti olmayan bir şəxsə, yalnız hər şeydən hərarətlə yapışdığına görə, büt kimi sitayiş edirlər. Halbuki onun layiq olduğu
şeyi varsa, o da ancaq Sənaye muzeyində maşınlar arasında Lafayet* etiketi ilə dayanmaqdır. Eyni zamanda, bəşəriyyətə dərin nifrət bəslədiyindən, onun üzünə tələb olunduğu qədər vədlər çırpan bir knyazı hər kəs daşa basır, halbuki o, Vyana konqresi vaxtında Fransanın parçalanmasına yol verməmişdi. Onun başı çələnglə bəzənməli olduğu halda, üstünə palçıq atırlar. Ah! Mən işlərin nə vəziyyətdə olduğunu çox yaxşı bilirəm. Bir çox adamların sirri mənim əlimdədir! Yetər, kifayətdir! Mən müəyyən bir prinsipi yürütməkdə bir-biri ilə razılaşan üç nəfər tapdığım zaman möhkəm əqidələr sahibi olacağam. Heç bir məhkəmədə qanunun eyni maddəsi haqqında bir rəydə olan üç hakimə təsadüf etmək mümkün
deyildir. Yenə dostumun məsələsinə qayıdıram. Əgər mən ondan xahiş etsəm, o, İsanı ikinci dəfə çarmıxa
çəkə bilər. Votren dayının ancaq bir kəlməsi kifayətdir ki, o, öz zavallı bacısına beş frank göndərməyən bir
lotunu savaşmağa məcbur edərək, sonra...
Votren burada ayağa durdu və hücum hərəkəti göstərərək:
– Cəhənnəmə vasil etsin, – dedi. Ejen:
– Aman, n dəhşətlidir! – dedi. – Cənab Votren, siz zarafat edirsiniz. Votren sözünə davam etdi:
– Yaxşı, yaxşı, sakit olun! Özünüzü uşaq yerinə qoymayın... Ancaq xoşunuza gəlirsə, hiddətlənə də
bilərsiniz, qızışa da bilərsiniz! İstəyirsinizsə mənə əclaf, məlun cani, quldur deyin, ancaq casus və
fırıldaqçı adlandırmayın! Nə üçün dayanmısınız, nə üçün mənə atəş açmırsınız? Mən sizi bağışlayıram: siz yaşlı gənclər üçün bu, təbii şeydir. Mən özüm də bir zamanlar sizin kimi qızışırdım! Ancaq bir fikirləşin: ir zaman gələcək, siz məndən də pis işlərə əl atacaqsınız. Siz xoşagəlim bir qadına aşiq olub, onun pullarından istifadə edəcəksiniz... Bu barədə heç fikirləşmisinizmi? Axı məhəbbətinizlə alver etmədən sizin üçün qabağa getmək mümkündürmü? Yaxşılıq, mənim əzizim, hissəyə bölünməz: a yaxşılıq var, ya yox, – ikisindən bi
Dostları ilə paylaş: |
|
|