|
|
səhifə | 101/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ri. Bizə təklif edirlər ki, gərək tövbə edib, günahlar mızı təmizləyək. Niyə, bəd deyil! Bu sistemlə peşmançılıq günahı təmizləyə bilər. İctimai nərdivanın müəyyən pilləsinə qalxmaq üçün qadını aldatmaq, ailədə uşaqlar arasında nifaq doğurmaq, bir sözlə, şəxsi mənfəət və nəşə naminə üstüörtülü
bir çox əclaflıqlara yol vermək, sonra isə tövbə etmək! Sizcə, buna nə deyərlər? Budur din, ümid və
məhəbbət yolunda sərf edilən səylər? Nə üçün uşaqlara çatacaq sərvətin yarısını bir gecədə mənimsəyən bir hoqqabaza iki ay həbs cəzası kəsildiyi halda, “təqsiri daha da ağırlaşdıracaq vəziyyətdə” min franklıq kağız parçasını oğurlamış bir yoxsulu katorqaya göndərirlər? Budur qanun. “Qanunlar məcəlləsi”ndə bir maddə tapılmaz ki, axmaqcasına olmasın. Əlində modalı əlcəklər, qəlbində isə yalan daşıyan bir şəxs, qan tökmədən, ancaq yalanla insanı öldürür. Qatil isə qapını gizli açarla açır. Bunların nə fərqi var? Hər ikisi gecə vaxtı icra edilən cinayət deyilmi? Halbuki sizin etdiyinizlə mənim sizə təklif etdiyim arasında qandan başqa heç bir fərq yoxdur. Hələ siz bu dünyada sarsılmaz qanunlara inanırsınız! Bəs nə üçün siz insanlara nifrət bəsləmirsiniz? Qanunlar məcəlləsinin torlarından keçmək üçün dəlik yerləri axtarırsınız? Haradan əmələ gəldiyi məlum olmayan bir çox böyük sərvətlərin sirri cinayətlə bağlıdır; bu cinayətin unudulmağına səbəb məharətlə edilməsidir.
– Susunuz, rica edirəm, susunuz, mən sizi daha dinləmək istəmirəm, siz məni o dərəcəyə gətirərsiniz ki,
artıq özümə belə inanmaram. Mən bu saat ancaq hiss şeyləri bilirəm.
– Özünüz bilərsiniz, gözəl oğlan. Mən sizi daha mətin zənn edirdim. Daha sizə heç bir şey söyləməyəcəyəm. Ancaq son bir sözüm var, – Votren tələbənin gözlərinin içinə baxdı və dedi: – Mən öz sirrimi sizə vermişəm.
– Sizin təklifinizi rədd edən gənc, sirrinizi unuda da bilər.
– Yaxşı sözdür, bu, mənim xoşuma gəlir. Başqası olsaydı, bu qədər əngəlli olmazdı. Mənim sizin üçün etmək istədiyimi unutmayın: a hə, ya yox, öz ixtiyarınızdadır.
Rastinyak, əsasını qoltuğuna vurub sakit addımlarla gedən Votrenin ınca baxaraq: “Bu adamın dəmir kimi möhkəm məntiqi var! – deyə düşünürdü. – O, madam de B
Dostları ilə paylaş: |
|
|