|
|
səhifə | 105/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ın qanı mənim qanımdan deyilmi? Mən onları daşıyan atları belə sevirəm, dizlərinin üstündə oxşadıqları balaca bir tula olmaq istəyirəm. Məni yaşadan onların zövqü, onların nəşəsidir. Hər kəsin özünə görə məhəbbəti var. Mənim məhəbbətim kimə ziyan verir? Nə üçün insanlar məni təngə gətirirlər? Mən də özümə görə xoşbəxtəm. Axşamlar qızlarım bala getmək
üçün öz evlərindən çıxdıqları zaman mən onlara tamaşa etməyə gedirəm. Məgər burada bir cinayətmi
var? Gecikdiyim zaman, “madam getdi” sözlərini eşidərkən nə qədər məyus olduğumu bilsəydiniz... Bir dəfə mən Nazini düz iki gün görməmişdim, yalnız onu görmək üçün axşamdan saat üçə qədər qapının ağzında gözlədim. Onu gördüyüm zaman şadlığımdan ürəyim uçurdu. Xahiş edirəm, mənim barəmdə söhbət düşərsə, ancaq qızlarımın nə qədər mərhəmətli olduğundan danışın. Qızlarım mənə hədiyyələr vermək istədikləri halda, mən buna yol vermirəm, deyirəm ki: “Pullarınızı özünüz üçün saxlayın! Mənim hədiyyəyə ehtiyacım yoxdur. Mənə heç şey lazım deyil”. Doğrudan da, mən nəyəm? Mən ancaq bir cənazəyəm, ruhum isə daim qızlarımın yanındadır. Sonra qoca, Ejenin getmək istədiyini görüb, bir az sükut etdi və dedi: – Əgər siz madam de Nusingeni görə bilsəniz, hansı qızımı daha çox bəyəndiyinizi mənə söyləyərsiniz.
Tələbə madam de Boseanın hüzuruna getməzdən əvvəl Tüilridə* bir az gəzinmək fikrində idi.
Bu gəzinti Rastinyakın taleyini həll etdi. Qadınlardan bir neçəsi ona diqqət yetirmişdi. Rastinyak o qədər gənc, o qədər gözəl idi, o qədər qəşəng geyinmişdi ki... Qadınların diqqətini cəlb etdiyinə görə Ejen, özünə məftun olmuş kimi, qarət etdiyi bacılarını və xalasını belə unutdu, öz nəcib ehtiyatkarlığını belə unutdu. Başı üzərindən mələyə bənzəyən bir iblisin uçduğunu, yaqut daşlarını toxum kimi səpən, saray frontonlarına* qızıl oxlarını sancan, qadınları əlvan paltarlarla geyindirən, padşahların əvvəlcə sadə olan taxtını gərəksiz parıltıya bürüyən ala-bəzək qanadlı bir şeytanın uçduğunu görürdü. O, artıq gurultulu- parıltılı şöhrətpərəstlik allahına, onun qüdrət rəmzi zənn etdiyimiz bər-bəzəyinə qapılmışdı. “Ürəyin istədiyi qədər məhəbbət və qızıl var!” – deyən bir aradüzəldənin mənfur gö
Dostları ilə paylaş: |
|
|