|
|
səhifə | 11/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| kölgə İtaliya bulvarında qanad çalan Yafəs nəslinin cəsur oğullarındandır? Bəs hansı bir məşğələ onu bu hala salmışdır? Hansı bir ehtirasdan onun şişkin üzü o dərəcə qaralmışdır ki, karikaturada belə bunlar qeyri-təbii görünə bilərdi? Keçmişdə o nəçi olmuşdur? Kim bilir, o, bəlkə, ədliyyə nazirliyində, bütün cəlladların öz xərclərinə imza atdıqları, ata qatillərinə qara pərdə hazırlamaq üçün hesab verdikləri gilyotin* altındakı səbətlərə taxta tozu, gilyotin bıçağına kəndir hazırlamaq üçün hesabat təqdim edilən şöbədə xidmət etmişdir? Bəlkə də, sallaqxana qapılarında vergiyığan, yaxud xalq səhiyyəsi nəzarətçisinin müavini olmuşdur. Bir sözlə, bu adamın bizim böyük ictimai dəyirmanımızın yük eşşəyi, öz Bertranını* belə tanımayan Paris Rotonlarından* biri, ətrafında
fəlakətlər və insan çirkabı fırlanan bir çarx olduğu görünürdü. Sözün qısası, belə adamlar haqqında: “Çarə
yoxdur, belələri də lazımdır!” deyirik. Bəzəkli, dəbdəbəli Paris bu mənəvi, yaxud cismani iztirablardan üzü
saralmış insanları tanımır. Lakin Paris, həqiqətən, okeana oxşayır. Bu okeana lot atın, lakin onun dərinliyini müəyyənləşdirə bilməzsiniz. Onu nəzərdən keçirmək və təsvir etmək istəmirsinizmi? Necə istəsəniz nəzərdən keçirin, təsvir edin, səy edin: tədqiqatçı nə qədər çox olur-olsun, yenə də bu okeanda hər zaman əl dəyməmiş bir sahəyə, məchul bir mağaraya, incilərə, çiçəklərə, divlərə, ədəbiyyat üzgüçülərinin nəzərdən qaçırdığı ağlasığışmayan heybətli səhnələrə rast gələcəksiniz. Bu heybətli səhnələrdən biri “Vokenin evi”dir.
Burada kirayənişin və kənardangəlmə pansionerlərə nisbətən kəskin təzad təşkil edən iki şəxs var. Onlardan biri Viktorina Tayferdir. Doğrudur, bu gənc qızın da üzündə qansız qızların solğunluğuna bənzəyən xəstə bir sarılıq vardır. Doğrudur, onun üzündəki adi məyusluq, hərəkətlərindəki sıxıntı, zavallı görünüşü, sısqalığı bütün bu lövhədə bir zəmin təşkil edən ümumi iztirab əhvali-ruhiyyəsinə uyğun gəlirdi, lakin bununla belə, onun üzü qocalıq təsiri bağışlamazdı, hərəkətlərində, səsində isə bir
gümrahlıq hiss olunurdu. Bu gənc, yenicə qeyri-münasib bir zəmi
Dostları ilə paylaş: |
|
|