|
|
səhifə | 110/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| l işləriniz əla vəziyyətdədir. Baxın, o, de Marsedir, knyaginya Qalatyonun lojasında oturmuşdur. Madam de Nusingen üçün bu, ən böyük əzabdır, o, qısqanclıqdan qovrulur. Bir qadına, xüsusilə bankir arvadına yanaşmaq üçün bundan da münasib diqqət ola bilərmi? Şosse d’Anten xanımlarının hamısı intiqamı çox sevər.
– Bəs siz belə bir vəziyyətdə olsaydınız nə edərdiniz?
– Mənmi? Mən sükut içində iztirab çəkərdim.
Bu markiz d’A uda madam de Boseanın lojasında göründü.
– Mən sizi görmək arzusu ilə işlərimi cəld qurtardım, mənim hərəkətim fədakarlıq deyildir, elə ona görə
bunu sizə ərz edirəm.
Vikontessanın üzündəki nurani sevinc, Ejenə həqiqi məhəbbətin ifadələri ilə Paris işvəkarlığının ədaları arasındakı fərqi aydın göstərdi. Ejen kuzinasına məftun nəzərlə baxa-baxa susdu və ah çəkərək öz yerini markiz d’A udaya verdi. Ejen öz-özünə: “Belə məhəbbətlə sevən bu qadın nə qədər nəcib, nə qədər ülvi xilqətdir! – deyirdi. – Hələ bu adam bir oyuncaq xatirinə ona xəyanət edir də! Ona xəyanət etmək mümkündürmü?” Ejenin qəlbində uşaq hiddəti qaynayırdı. O, kuzinasının ayaqları altına düşmək istəyir, bir şahin, dərədə ovladığı ağ bir çəpişi qanad çalaraq göylərə qaldırdığı kimi, o da kuzinasını iblisanə bir qüdrətlə qəlbində gəzdirmək xəyalı ilə çırpınırdı. Öz məşuqəsini bir şəkil kimi sərgiyə qoymadan bu gözəllik muzeyində qalmaq ona həqarət kimi görünürdü. “Məşuqə və kral kimi bir mövqedə olmaq qüdrət əlamətləridir”. Ejen təhqir edilmiş adam kimi madam de Nusingenə doğru baxdı. Vikontessa boylandı və ancaq göz qapaqlarının ehtizası ilə onun bu təvazökarlığına qarşı öz minnətdarlığını bildirdi. Birinci pərdə qurtardı.
Vikontessa markiz d’A udadan soruşdu:
– Siz madam de Nusingenlə kifayət qədər tanışsınızmı? Rastinyakı ona təqdim edə bilərsinizmi? Markiz cavab verdi:
– Cənab de Rastinyakı öz lojasında görmək madam de Nusingeni çox şad edər.
Qəşəng portuqaliyalı ayağa durdu, tələbənin qoluna girdi. Bir an sonra Ejen artıq madam de Nusingenə
təqdim olunurdu.
D’A uda ona xitabən:
– Baronessa, – deyirdi, – vikontessa de Boseanın kuzeni şevalye Ejen de Rastinyakı sizə təqdim etməyi özümə şərəf sayıram. Siz onu o qədər məftun etmişsiniz ki, mən ona öz məbuduna şəxsən yaxınlaşmaq səadətini bəxş etməyə qərar verdim.
Bu sözlər, kobud mənasını yumşaltmaq üçün zarafat söylənmişdi. Çünki bu, yaxşı b
Dostları ilə paylaş: |
|
|