|
|
səhifə | 111/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ir şəklə salındıqda, qadınlarda narazılıq oyatmaz. Madam de Nusingen təbəssümlə cavab verdi və bir az bundan əvvəl lojanı tərk etmiş ərinin kreslosunu əyləşmək üçün Rastinyaka göstərdi.
– Mən sizə mənimlə qalmağı təklif etməyə cəsarət etmirəm. Madam de Boseanın məclisində oturmaq səadətinə nail olanlar heç zaman oradan getməzlər.
Ejen pıçıltı ilə:
– Lakin, – dedi, – bəlkə də, mən kuzinamı məmnun etmək istəsəm, sizinlə qalmağım daha məsləhətdir, – sonra isə ucadan əlavə etdi: – Markizin gəlişindən əvvəl biz sizdən, sizin hər cəhətdən qəşəng olmağınızdan danışırdıq.
D’A uda təzim edərək lojadan çıxdı. Baronessa soruşdu:
– Siz doğrudanmı mənimlə qalmağı arzu edirsiniz? Elə isə bir-birimizlə daha yaxından tanış ola bilərik. Qrafinya de Resto məndə sizi görmək arzusu oyatmışdır.
– Elə isə qrafinya səmimi deyil: o, məni qəbul etməyi qadağan etmişdir.
– Nə üçün?
– Bunun səbəbini söyləmək üçün mən vicdan əzabı çəkirəm. Lakin bu sirri sizə etibar etməklə, öz mərhəmətinizi əsirgəməyəcəyinizə ümidvaram. Sizin atanızla biz qapı-qapıya qonşuyuq. Lakin qrafinya de Restonun onun qızı olduğu mənə məlum deyildi. Heç kəsin x trinə dəymək istəmədiyim halda, ehtiyatsızlıq edərək mən atanızın söhbətini açdım, bununla da bacınızla ərinin hiddətlənməyinə səbəb oldum. Mən başıma gələn sərgüzəşti kuzinama və hersoginyaya danışdım, gülməkdən uğunub getdilər. Elə o zaman madam de Bosean, sizinlə bacınızı müqayisə edərək, ən hərarətli sözlərlə sizdən danışır və mənim qonşum cənab Qorio ilə gözəl rəftar etdiyinizi deyirdi. Necə ola bilər ki, siz onu sevməyəsiniz? O, sizə o qədər pərəstiş edir ki, hətta mən qısqanmağa başladım. Bu səhər mən onunla sizin barənizdə iki saat söhbət etdim. Axşam isə atanızın söylədiyi sözlərin təsiri altında, kuzinamın yanında nahar zamanı ondan soruşdum: “Sizin gözəlliyiniz atanıza qarşı bəslədiyiniz məhəbbətin dərəcəsində ola bilərmi?” Görünür, madam de Bosean bu atəşin məftunluğa qüvvət vermək üçün məni bura gətirmişdir. O hətta qabaqcadan, ona məxsus bir lütfkarlıqla sizi görəcəyimi söyləmişdi.
Bankirin arvadı:
– Mənim sizə necə minnətdar olduğumu bilsəydiniz! Biz bir az da söhbət etsək, lap köhnə dost olarıq.
– Əlbəttə, sizinlə dostluq etmək o
Dostları ilə paylaş: |
|
|