|
|
səhifə | 112/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| qədər adi şey deyil, lakin mən heç zaman sizin dostunuz olmaq istəməzdim.
Yalnız birinci dəfə məclisə çıxan adamlara yaraşan bu cümlələr soyuq-soyuq zaman bayağı görünsə də, qadınlar üçün bunun ayrıca gözəlliyi var: bir gəncin ədası, səsinin ahəngi, baxışı bu mənasız sözlərə başqa ruh, başqa rəng verir. Madam de Nusingen bu qərara gəldi ki, Rastinyak cazibədar gəncdir. Bu qədər cəsarətlə verilən suala bütün qadınlar kimi cavab verməkdə aciz olan xanım, onun başladığı başqa bir mətləbə cavab verdi:
– Bəli, bacım zavallı atamıza yaxşı münasibət bəsləmədiyinə görə çox məzəmmətlər alır. Halbuki atamız bizim üçün həqiqətən allah olmuşdur. Yalnız cənab de Nusingenin atamla ancaq səhərlər görüşmək haqqında qəti əmr verməsi məni bu məsələdə güzəştə getməyə vadar etmişdi. Lakin sonralar mən uzun müddət özümü bədbəxt hiss edirdim. Çox göz yaşı tökürdüm. Kobud izdivac toqquşmalarının nəticəsi
olan bu zorakılıq ailə həyatımı bulandıran əsas səbəblərdəndir. Əlbəttə, cəmiyyət nəzərində mən Parisin
ən xoşbəxt qadını kimi görünürəm, halbuki həqiqətdə mən ən bədbəxt qadınam. Sizinlə belə danışdığım üçün məni ağılsız zənn edə bilərsiniz. Lakin siz mənim atamla tanışsınız, ona görə də mənim üçün yad adam deyilsiniz.
Ejen cavab verdi:
– Siz heç zaman mənim kimi sizə olmağı arzulayan bir şəxsə rast gəlməyəcəksiniz. Siz qadınlar nə axtarırsınız? – Rastinyak təsirli səslə əlavə etdi: – Səadət! Əgər bir qadın səadəti üçün sevilmək, pərəstiş edilmək, bütün həsrətlərinə, arzularına, xəyallarına, sevinclərinə, dərdlərinə şərik olan bir dosta malik olmaq, könlünü bütün sevimli nöqsanları və gözəl məziyyətləri ilə, xəyanətdən qorxmadan açmaq və təslim etmək üçün bir dost tapmaq zərurətsə, mənə inana bilərsiniz ki, belə atəşin və vəfalı qəlbi siz ancaq sizin bir işarənizlə ölümə getməyə hazır olan, onun üçün bütün dünya yalnız sizdən ibarət olduğuna görə cəmiyyəti tanımayan və tanımaq belə istəməyən, xəyalət içində yaşayan bir gəncdə tapa bilərsiniz. Şəxsən özümə gəlincə, mənim sadəlövhlüyümə gülsəniz də, etiraf etməliyəm: mən uzaq bir əyalətdən gəlmişəm, çox şeylərə bələd deyiləm, hər vaxt təmizürəkli insanlar
Dostları ilə paylaş: |
|
|