|
|
səhifə | 114/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| liyalı gülə-gülə madam de Boseana dedi ki:
– Sizin kuzeni tanımaq mümkün deyil. O mütləq bankı acaqdır. Bu gənc, ilanbalığı kimi qıvraq tərpənir. Zənnimcə, . Təsəlliyə ehtiyacı olan qadını onun üçün tapmağı yalnız siz bacara bilərdiniz.
Madam de Bosean:
– Ancaq, – dedi, – bu qadının ondan ayrılan şəxsi hələ də sevib-sevmədiyini bilmək lazımdır.
Ejen İtalyan bulvarından Nev-Sent-Jenevyev küçəsinə qədər piyada getdi. O, gözəl xəyallar içində çırpınırdı. O, vikontessa və madam de Nusingenin lojalarında oturduğu zaman qrafinya de Restonun ona diqqətlə baxdığını aydın görürdü. Bundan belə bir nəticə çıxarmaq olardı ki, qrafinyanın qapıları onun üçün bağlı qalmayacaqdır. Ejen marşal Karilyanonun arvadına xoş gələcəyinə ümid bəsləyirdi. Bu surətlə yüksək Paris cəmiyyətinin zirvələrində o, dörd mühüm tanışlıq qazanmış olacaqdı. O, ümumi maddi mənafelərin mürəkkəb mexanizmində bir çarxdan yapışaraq, maşının üst qatına çıxmaq lazım gəldiyini anlayırdı. Nə vasitə ilə bunu əldə etmək mümkün olduğunu dumanlı şəkildə düşünsə də, əsas çarxın bir hissəsi ola bilmək üçün özünü kifayət qədər qüvvətli hiss edirdi. “Əgər baronessa Nusingen mənimlə maraqlanarsa, ərini necə idarə etməyi mən ona öyrədərəm. Onun əri qızıl dağlarını yerindən tərpətmişdir, o, mənim birdən-birə varlanmağıma kömək edə bilər”. Ejen bunu özünə açıq söyləmirdi, o, hələ hər bir şeyi nəzərə almaq və hesaba götürmək, hər bir vəziyyəti rəqəmlərə keçirmək üçün siyasətçi
ola bilməmişdi. Onun fikirləri hələ pənbə buludlar kimi üfüqdə üzürdü və Votrenin ideyaları kimi kobud deyildi, lakin bunlar vicdan ocağında yandırılmış olsaydı, qalığı da təmiz olmazdı... İnsanlar öz vicdanları ilə bu cür sazişlərə girdiklərindən nəslimizin açıqdan-açığa qəbul etdiyi bir mənəvi səfalətə düçar olurlar. Nəslimizin arasında isə şər işlərə güzəştə getməyən və doğru xətdən azacıq əyilməyə cinayət kimi baxan açıqürəkli möhkəm iradəli insanlara, Molyerin Alsesti* və bir az bundan əvvəl V lter Skottun romanında təsvir edilmiş Cenni Dins* ilə atası kimi sənətkaranə xilqətləri vermiş gözəl sədaqət nümunələrinə az-az hallarda təsadüf edilir. Lakin kim bilir, bəlkə də, tamamilə başqa məzmunlu bir əsər də bu dərəcədə dramatik və gözəl əsər ola bilər: bu da yüksək cəmiyyətdə dolaşan bir şöhrətpərəstin
Dostları ilə paylaş: |
|
|