|
|
səhifə | 115/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| , bir tərəfdən xarici ədəb qaydalarına riayət etmək, o biri tərəfdən, eyni zamanda, öz məqsədinə nail olmaq üçün şərdən yaxa qurtarmaq məqsədi ilə öz vicdanını dola bac yollarla aparmasının bədii təsviridir. Ejen pansiona çatana qədər artıq madam de Nusingenə məhəbbət bağladı: o, Ejenin nəzərində, qaranquş kimi zərif və yaraşıqlı görünürdü. Gözlərindəki nəvaziş, ipək kimi yumşaq olduğunu andıran və altında qan axdığı görünən incə dərisi, insanı valeh edən səsi, sarı saçları yadına düşdü. Bəlkə də, tez-tez yeridiyi üçün iti hərəkət edən qan dövranı başladığından, məftunluğu da daha şiddətlənmişdi. Tələbə Qorio atanın qapısını döydü:
– Əziz qonşum, mən madam Delfina ilə görüşdüm.
– Harada?
– İtalyan operasında.
– O, vaxtını yaxşımı keçirdi? İçəri girin.
Qoca, əynində köynək ayağa durdu, qapını açıb yenə tələsik yatağına uzandı. Sözünə davam edərək:
– Danışın, danışın görüm, – deyə xahiş etdi.
Ejen Qorionun otağına birinci dəfə idi ki girirdi. Odur ki qızının calalına valeh olduqdan sonra atasının yaşadığı mağaranı gördüyü zaman heyrətləndi. Pəncərələr pərdəsiz, rütubət basmış, divarların kağızları soyulmuş və bükülmüşdü, bəzi yerlərdə tüstüdən saralmış suvaq görünürdü. Qoca, miskin bir çarpayıda uzanmışdı. Üstündə nazik yorğan, ayaq tərəfində isə Vokenin köhnə paltarlarından tikilmiş içi pambıqlı örtük vardı. Döşəmədən rütubət iyi gəlirdi, otağı toz basmışdı. Pəncərənin qarşısında qırmızı ağacdan köhnə, yekəqarın bir görünürdü. üzüm meynəsi kimi əyri, budaqlı və yarpaqlı mis dəstələri vardı. Taxta lövhəli köhnə bir əlüzyuyanın üstündəki ləyənin içində bir su qabı, yanında isə üz qırxmaq alətləri görünürdü. Otağın bir küncünə ayaqqabılar atılmış, baş tərəfində qapısız, mərmər lövhəsiz kiçik gecə stolu qoyulmuşdu. Buxarının içində küldən əsər belə görünmürdü. Yan tərəfdə qoz ağacından , aşağı tərəfi arakəsməli düzbucaq bir stol görünürdü. Qorio ata gümüş qablarını həmin bu stolun üstündə əzmişdi. Yöndəmsiz yazı stolunun üstünə Qorionun şlyapası qoyulmuşdu. Oturacağına saman doldurulmuş kreslo və iki stul bu səfalət yuvasının mənzərəsini tamamlayırdı. Çarpayı örtüyü əs i parçası ilə tavana bağlanmışdı. Pərdə əvəzinə ucuz, dama-dama ağ və qırmızı çit parçaları sallanmışdı. Ən yoxsul bir qasid belə Qorio atanı
Dostları ilə paylaş: |
|
|