|
|
səhifə | 125/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| yəcək, siz isə getsəniz, mən lap tək qalaram, halbuki qətiyyən yalqız qalmaq istəmirəm, pərişanlığımı dağıtmalıyam.
– Bəs sizə nə olmuşdur?
– Mən bunun səbəbini hər kəsə söyləsəm də, sizə söyləmərəm.
– Mənsə bilmək istəyirəm. Belə məlum olur ki, bu sirdə mənim də bir rolum var.
– Bəlkə də! Amma yox, ailə davalarıdır, onları qəlbimdə gizlətməkdən başqa çarəm yoxdur. Məgər mən sizə o dəfə söyləmədimmi? Mən heç də xoşbəxt qadın deyiləm. Qızıl zəncirlər ən ağır zəncirlərdir.
Bir qadın bir gəncə bədbəxt olduğunu söylədiyi zaman, bu gənc ağıllı isə, yaxşı geyinmişsə, cibində min beş yüz frankı varsa, o, Ejenin düşündüyünü düşünməli və özündən məmnun qalan lovğa adam olmalı idi.
Ejen:
– Sizə bundan artıq nə lazımdır? – dedi. – Siz gəncsiniz, gözəlsiniz, zənginsiniz, sevilirsiniz.
Delfina başını yırğalayaraq, kədərli səslə:
– Mənim barəmdə danışmaya da bilərik, – dedi. – Bir yerdə nahar edərik, sonra isə gözəl musiqiyə qulaq asmağa gedərik. – Sonda o, ayağa durub, nadir təsadüf edilən zərif İran naxışlı ağ k şmir paltarını göstərərək: – Məni bəyənirsinizmi? – deyə soruşdu.
Ejen cavab verdi:
– Mən istərdim ki, siz bütün varlığınızla mənim olasınız. Siz cazibədarsınız. O, acı təbəssümlə:
– Bu, sizin üçün kədərli qazanc olardı, – dedi. – Burada heç bir şey sizə bədbəxtliyi xəbər vermir, halbuki
zahiri sakit görkəmə baxmayaraq, mən dərin məyusluq içindəyəm. Bu dərd məni yatmağa belə qoymur, mən gözəlliyimi də itirəcəyəm.
Ejen etiraz etdi:
– Yox, yox, bu ola bilməz! Mən sadiq məhəbbətin belə unutdura bilmədiyi kədərlərin nədən ibarət
olduğunu bilmək istərdim.
– Mən öz kədərimi sizə etibar edib lap danışsaydım, siz məndən qaçardınız. Sizin mənə bəslədiyiniz məhəbbət yalnız adi bir kişi eşqbazlığıdır. Əgər məni həqiqətən sevsəydiniz, siz də mənim kimi naümid olardınız. Mənim sükut etməyə məcbur olduğumu görürsünüz. Yalvarıram, başqa şeylərdən söhbət edək. Gedək, otaqlarımı sizə göstərmək istəyirəm.
Rastinyak buxarının yanındakı balaca divanda madam de Nusingenin yanında əyləşərək:
– Xeyr, – dedi, – burada oturaq.
Ejen cəsarətlə onun əlindən tutdu. Delfina müqavimət göstərmədi, hətta Ejenin əlini həyəcanla, qüvvət
Dostları ilə paylaş: |
|
|