|
|
səhifə | 127/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| , mənim iştirakımla özünü rüsvay edir, ona görə mənim heç bir xahişimi rədd edə bilməyəcək”.
Ejen qəşəng kisəni götürdü və hazır paltar tacirlərindən qumarxananın yerini soruşub, cəld 9 nömrəli qapıya doğru cumdu. Pilləkənlə yuxarı çıxdı, şlyapasını verdi, içəri girib ruletkanın harada olduğunu soruşdu. Müştərilər təəccüblə ona baxırdılar, salondakı lakey isə onu uzun stola tərəf apardı. Tamaşaçılarla əhatə olunmuş Ejen, heç şeydən utanmadan, pulu hara qoymaq lazım gəldiyini soruşdu.
Ağsaçlı kişi Ejenə dedi ki:
– Bu otuz altı rəqəmdən birisinin üzərinə bir luidor qoysanız və sizin nömrənizə düşsə, otuz altı luidor apararsınız.
Rastinyak yüz frankın hamısını öz yaşının sayı olan iyirmi bir rəqəminin üstünə atdı. O, hələ özünə
gəlməmiş, birdən ətrafı heyrət səsləri bürüdü. Ejen özü bilmədən udmuşdu. Ağsaçlı kişi:
– Pullarınızı götürün, – dedi. – İki dəfə dalbadal bu cür udmaq mümkün deyil.
Qoca, pəri ona doğru uzatdı, Ejen üç min altı yüz frankı özünə tərəf çəkdi və sonra oyundan qətiyyən başı çıxmayaraq, pulların hamısını qırmızı rəqəmin üstünə qoydu. Onun yenə də oynadığını görənlər qibtə ilə ona baxırdılar. Çarx fırlandı, o, yenə uddu, bankqoyan ona tərəf daha üç min altı yüz frank tulladı.
Qoca, Ejenə pıçıldadı:
– Sizin yeddi min iki yüz frankınız var. Mənim məsləhətimə qulaq asın – çıxıb gedin: səkkiz dəfədir qırmızıya düşür. Əgər ürəyiniz təmizdirsə, özünüz sonra mənim bu məsləhətim üçün təşəkkür edəcəksiniz. Bir də, dərin ehtiyac içində olan sabiq Napoleon prefektinə bir şey bağışlarsınız.
Ejen pərişan halda ağsaçlı kişiyə on luidor verdi, oyunun mənasını belə başa düşmədən bəxtinin gətirməyinə mat halda yeddi min frankı götürüb aşağı düşdü.
Karet qapısı örtülən kimi, Ejen yeddi min frankı madam de Nusingenə göstərərək:
– Budur! – dedi. – İndi siz məni hara aparacaqsınız?
Delfina çılğın bir hərəkətlə onu bağrına basdı, ehtirassız olsa da, onu bərk öpə-öpə:
– Siz məni xilas etdiniz! – dedi.
Yanaqlarından fərəhli göz yaşları axdı.
– Dostum, mən hamısını sizə danışacağam. Siz mənim dostum olacaqsınız, deyilmi? Siz elə zənn edirsiniz ki, mən varlıyam, həm də çox varlıyam, mənim hər şeyim var, hər halda, guya, hər şeyim var kimidir. İndi bilin ki, cənab de Nusingen m
Dostları ilə paylaş: |
|
|