|
|
səhifə | 128/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ənə bir su belə xərcləməyə icazə vermir: o, evin bütün xərclərini ödəyir, mənim lojalarımı, ekipajlarımı təmin edir, bəzək üçün mənə cüzi pul verməklə şüurlu olaraq məni gizli bir səfalət içində saxlayır. Məğrur olduğum üçün mən ondan pul istəmirəm. Əgər mən onun pullarının əvəzini məndən tələb etdiyi şeylərlə versəydim, ən düşkün qadın olardım. Bu necə oldu ki, yeddi yüz min
frankım olduğu halda, mən özümü qarət etməyə yol verdim? Hamısı qürurun çoxluğundan, hiddətimdən.
Biz yenicə ailə həyatına başladığımız zaman çox gənc, sadədil oluruq. Ərimdən pul istəmək lazım
gəldikdə dilim tutulardı, mən heç zaman ondan xahiş etməyə cəsarət etməzdim, öz pullarımı xərclərdim, atamdan borc aldığım pulları. İzdivac mənim həyatımda ən dəhşətli peşmançılıq oldu, mən bu barədə sizinlə danışmaq iqtidarında deyiləm. Sizin üçün yalnız bu kifayətdir ki, əgər mən Nusingenlə evin müxtəlif tərəflərində yaşamasaydım, özümü mütləq pəncərədən atardım. Gənc bir qadının bahalı bəzəklər, cürbəcür xırda-xuruş üçün borca düşdüyünü (atamız heç zaman bizi korluq çəkməyə qoymazdı), borc içində olduğumu söyləmək lazım gələndə mən, doğrudan da, cəhənnəm əzabı çəkirdim. Nəhayət, ürəklənib, borca düşdüyümü ona söylədim. Mənim öz mülküm, sərvətim vardı, deyilmi? Nusingen özündən çıxdı, onu talan etdiyimi söylədi, ağzına gələni danışdı. Mən utandığımdan az qala yerə girdim. Mənim bütün cehizimi öz əlinə keçirdiyindən, borclarımı verməyə məcbur oldu, lakin o dəqiqədən sonra mənim şəxsi xərclərim üçün ayda müəyyən miqdarda pul ayırdı. Mən rahat yaşamaq üçün ona itaət etdim. Bundan sonra iş belə gətirdi ki, mən sizin tanıdığınız bir şəxsin mənliyini oxşamaq istədim. O, məni aldatsa da, onun alicənablığına haqq verməsəm, pis hərəkət etmiş olaram. Bununla belə, o, məndən nalayiq şəkildə ayrıldı. Əgər bir kişi bir qadının ayaqları altına ehtiyacı olduğu zaman bir ətək qızıl tökürsə, belə bir qadını onun atmağa heç bir haqqı yoxdur: o, bu qadını əbədi sevməlidir. Sizin iyirmi bir yaşınız var, hələ qəlbiniz safdır, gəncsiniz, siz qadının kişidən necə pul ala bildiyini soruşa bilərsiniz. Aman
Dostları ilə paylaş: |
|
|