|
|
səhifə | 130/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ü örtdü, lakin Ejen onun üzünü görmək üçün əllərini
ayırdı: bu anda onun üzündə ayrı bir gözəllik vardı.
– Hissləri pulla bağlamaq dəhşətli şeydir, deyilmi? Yox, siz məni sevməyəcəksiniz, – dedi.
Qadını yüksəklərə qaldıran gözəl hisslərin müasir cəmiyyət quruluşunun yaratdığı qəbahətlərlə qarışması Ejeni mütəəssir etmiş, sarsıtmışdı. O, öz kədərlərini bu qədər ehtiyatsızlıq və sadədilliklə büruzə verən bu gözəl qadına valeh olaraq mehriban sözlər söyləyir, Delfinaya təsəlli verirdi.
Delfina dedi:
– Vəd edin ki, mənim bu etirafımdan mənim əleyhimə bir silah kimi istifadə etməyəcəksiniz! Ejen cavab verdi:
– Yox, yox, siz nə danışırsınız! Mən elə adam deyiləm.
Delfina onun əlini öz əlinə alıb, dərin minnətdarlıq və mehriban bir nəvazişlə ürəyinin üstünə qoydu.
– Mən sizin sayənizdə yenə azad və şadam. Mənim həyatımı dəmir bir əl əzirdi. Mən artıq özümə heç bir şey sərf etmədən, sadə həyat sürmək istəyirəm. Dostum, mən sizin üçün necə varamsa, elə yaxşıyam, deyilmi? – Sonra yalnız altı min frank götürərək: – Artığı sizdə qalsın, – dedi. – Vicdanla söyləsəm, mən sizə üç min borclu qalıram, çünki mən sizinlə şərik oynayırdım.
Ejen həyalı qız kimi pulu rədd etdi. Lakin baronessa israr edirdi: “Əgər siz mənim şərikim olmasanız, mən sizə düşmən nəzəri ilə baxmağa məcburam”. Ejen pulu götürməli oldu.
– Qoy bu pul, gələcəkdə uduzsaq, maya olaraq qalsın, – dedi.
Baronessa sapsarı saraldı:
– Amandır! – dedi. – Mən elə bundan qorxurdum. Əgər siz mənimlə dost olmaq istəyirsinizsə, and için ki, bir daha qumar oynamayacaqsınız. Aman, yarəb! Mən sizi yoldan çıxara bilmərəm! İnanın ki, belə olarsa, dərd məni öldürər.
Onlar evə qayıtdılar. Onun ehtiyacı ilə sərvət arasındakı təzad Rastinyakı sarsıtmışdı. Qulaqlarında yenə
Votrenin məşum sözləri cingildəyirdi.
Baronessa öz otağına girdi və buxarının yanındakı kiçik divanı göstərərək:
– Burada əyləşin, – dedi. – Mən çox çətin bir məktub yazmağa məcburam. Mənə məsləhət verin. Ejen dedi:
– Yazmaq lazım deyil. Pulları zərfə qoyun, ünvanı üstundə yazın və qulluqçunuzla göndərin.
Baronessa çığırdı:
– Vallah, siz qiyamətsiniz! Bax yaxşı tərbiyə almaq buna deyərlər. – Sonra təbəssümlə əlavə etdi: – Bu, ta
Dostları ilə paylaş: |
|
|