|
|
səhifə | 133/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| mülkü öz ixtiyarındadır. Mən lap sabah vəkil Dervilin yanına
gedəcəyəm. Mən onun sərvətinin banka qoyulmasını tələb edəcəyəm. Mən qanunları bilirəm, mənə
qoca qurd deyərlər, onlar hələ mənim dişlərimi görməyiblər!
– Budur, ata, uduşumuzdan min frank qalmışdır. O, bunu mənə vermək istəyirdi. Bu pulu mənim jiletimdə onun üçün saxlayarsınız.
Qorio Rastinyakın üzünə baxdı, onun əlini əlinə aldı. Ejenin əli üstünə bir damcı göz yaşı düşdü.
Qoca:
– Siz hələ çox yüksələcəksiniz, – dedi. – İnanın: Allah ədalətli Allahdır! Mən namusun nə olduğunu bir az başa düşürəm və sizi əmin edirəm ki, sizin kimi adamlar çox azdır. Siz də mənim əziz oğlum olmaq istərdinizmi? Gedin, yıxılın yatın. Siz hələ ata deyilsiniz, sakit yata bilərsiniz. Qızım ağlayırmış, amma mən... Bunu başqalarından eşidirəm, o, əzab çəkdiyi zaman mən axmaq kimi sakit öz xörəyimi yeyirəmmiş. İnanın qızlarım bir damcı göz yaşı tökməsin deyə, mən Allahı da, İsanı da, müqəddəs ruhu da danardım!
Ejen yatağına uzanarkən öz-özünə düşünürdü: “Doğrusu, zənnimcə, mən bütün ömrüm boyu namuslu
olacağam. Vicdan səsinə qulaq asmaq insan üçün fərəhli şeydir”.
Bəlkə də, yalnız Allaha inananlar ürəkdən yaxşılıq etmək iqtidarındadırlar. Rastinyak isə Allaha inanırdı.
Ertəsi gün, bal vaxtında, Ejen vikontessa Boseanın yanına gəldi. Vikontessa onu özü ilə aparıb, hersoginya Karilyanoya təqdim etməli idi. Marşalın arvadı onu böyük nəzakətlə qəbul etdi. Madam de Nusingen də burada idi. Delfina hamıya xoş gəlməklə, Ejenin daha çox xoşuna gəlmək üçün bəzənmişdi. O, gözə çarpmayacağını zənn edərək, səbirsizlik və intizar içində Ejenin ona tərəf baxacağına ümid bəsləyirdi. Qadının həyəcanlarını duymaq qabiliyyətinə malik olan kişilər üçün belə dəqiqələrin başqa bir lətafəti
var. Başqasını gözlətməklə yormaqdan, etinasızlıq maskası altında öz sevincini gizlətməkdən, məhəbbəti
etiraf etdirmək üçün təlaş oyatmaqdan, başqasının qorxularından ləzzət aldıqdan sonra təbəssümlə bu qorxuları dağıtmaqdan kim həzz almaz? Bu şənlik tələbəyə indiki mövqeyini birdən-birə açıb göstərmişdi: vikontessa de Boseanın kuzeni kimi tanındıqdan sonra o, cəmiyyətdə öz yerini tapdı. Baronessa
Dostları ilə paylaş: |
|
|