|
|
səhifə | 134/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| de Nusingenin üzərində qələbə çalması ayağına yazıldığından, gənclər Ejenə qibtə ilə baxırdılar. Bu baxışları duyan Ejen ömründə ilk dəfə özündən məmnun qaldığını hiss edirdi. Salonları dolaşdıqca, qonaqların yanından keçdikcə, Rastinyak öz qələbəsi haqqında onun izzət-nəfsini oxşayan sözlər eşidirdi. Qadınlar onun hər işdə müvəffəqiyyət qazanacağından danışırdılar. Onu itirməkdən qorxan Delfina, srağagün qadağan etdiyi busəni bu gün ona vəd etmişdi. Rastinyak balda iştirak etdiyi zaman neçə yerə dəvət olunmuşdu. Madam de Bosean incə zövq iddiasında olan və evləri xoş evlərdən sayılan bütün xanımlarla onu tanış etmişdi. Ejen yüksək cəmiyyətə, Parisin ən təmtəraqlı bir məclisinə qəbul edildiyini görürdü. Bu surətlə bu gecə onun üçün parlaq debütünün sehri ilə dolu idi. Gənc bir qız ilk qələbə çaldığı balı xatırladığı kimi, Rastinyak da, çox ehtimal, qocalıqda belə bu balı xatırlayacaqdı.
O birisi gün, səhər yeməyində kirayənişinlərin hüzurunda Ejen öz müvəffəqiyyətlərini Qorio ataya təsvir etdiyi zaman, Votren hiyləgərcəsinə təbəssümlə güldü.
Bu amansız məntiq sahibi:
– Siz, – deyə dilləndi, – cəmiyyətlərdə dolaşan bir gəncin Nev-Sen-Jenevyev küçəsində, “Vokenin evi”ndə yaşaya biləcəyinimi zənn edirsiniz? Əlbəttə, bu pansion hər cəhətdən hörmətli pansiondur, ancaq o, hər halda, ən əla pansion deyildir. Əlbəttə, o, varlıdır, hər şeyi boldur, Rastinyak nəslindən birisi üçün müvəqqəti bir məkan olması ilə iftixar edir, lakin bununla belə, o, hər halda, Nev-Sent-Jenevyev küçəsindədir, calaldan, ehtişamdan xəbərsizdir, xalis patriarxalorama suyundandır. – Sonra Votren atalara məxsus zarafat tərzi ilə davam etdi: – Mənim gənc dostum, əgər siz Parisdə bir rol oynamaq fikrindəsinizsə, mütləq üç at saxlamalısınız, gündüzlər tilbüridə gəzməlisiniz, axşamlar isə ikiadamlıq
karet minməlisiniz, müxtəsər, yalnız at və araba üçün ildə doqquz min frank pulunuz olmalıdır. Əgər siz
dərziyə ən azı üç min frank, ətriyyata altı yüz frank, şlyapa tikənə üç yüz frank, çəkməçiyə üç yüz frank sərf etməsəniz, öz taleyinizə layiq görünməzsiniz. Paltar yumaq üçün mincə frank lazımdır. Gənclər
geyim məsələsində çox ehtiyatlı olmalıdırlar, hər şeydən artı
Dostları ilə paylaş: |
|
|