|
|
səhifə | 135/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| q nəzər yetirilən paltar deyilmi? Məhəbbətin və kilsələrin mehrabları gözəl örtüklərlə bəzənməlidir. Demək, cəmi on dörd minə ehtiyac var. Hələ mən qumar, mərc, hədiyyə xərclərini nəzərə almıram. Xırda xərclər də, hər halda, iki min frankdan əskik olmaz Mən belə həyat sürdüyüm üçün bunun neçəyə başa gəldiyini bilirəm. Bundan başqa, üç yüz luidor yemək xərci, min frank da mənzil xərci üstə gəl məlidir. Görürsünüzmü, bala, ildə iyirmi beş min franka çıxdı, bundan bir frank da əskik olmaz, çünki bizi məsxərəyə qoyarlar, burnumuzu palçığa soxarlar. Nə gələcəyimiz olar, nə müvəffəqiyyətimiz, nə də məşuqələrimiz! Hələ mən mehtəri, lakeyi nəzərə almamışam! Sizin məhəbbət məktublarınızı Kristof paylamayacaq ki! Bir də məgər siz öz məktublarınızı indi yazdığınız kağızda yazacaqsınız! Bu, intihar kimi bir şeydir. – Sonra o, yoğun səsilə ucadan əlavə etdi:
– Dünyagörmüş, təcrübəsi olan bir qocaya inana bilərsiniz: a bir mansardada özünüzü elmə qurban
verməli, ya da başqa yol seçməlisiniz!
Votren xəlvətcə madmazel Tayferə tərəf göz vurdu, sanki, bu nəzərlə Rastinyakın qəlbinə səpdiyi cazibə toxumlarını xatırladır və bunlara yekun vururdu.
Bir neçə gün idi ki, Rastinyak dağınıq həyat sürürdü. O, demək olar, hər gün baronessa Nusingenin yanında nahar edir, onunla birlikdə qonaq gedirdi. O, evə ancaq səhər saat üçdə, ya dörddə qayıdır, saat on ikidə oyanır, geyinib, Delfina ilə Bulon meşəsinə gəzməyə gedir, qiymətli vaxtını əbəs yerə sərf edirdi. Xurma ağacının çiçək kasası erkək cinsiyyət hüceyrələrinin intizarında olduğu kimi, Ejen də ehtişamlı həyatın bütün cazibələrini böyük bir ehtirasla canına çəkirdi. Rastinyak qumar oynayır, uduzur, böyük məbləğlər udurdu. Bu surətlə o, Paris gənclərinin firavan həyatına öyrəşdi. Qumarda udduğu ilk pullarından anası ilə bacılarının min beş yüz frankını, qəşəng hədiyyələrlə birlikdə geri qaytardı. Artıq “Voke evi”ni tərk etmək niyyətində olduğunu hamıya söylədikdən sonra oradan tez qurtulmaq üçün can atsa da, yanvar ayının son günlərində hələ yenə də orada yaşamaqda idi. Bütün gənclər, bəlkə də,
izah edilməyəcək bir qanuna tabedirlər, bu qanunun əsasını təşkil edən şey
Dostları ilə paylaş: |
|
|