|
|
səhifə | 151/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ladə hadisə baş verdi: Votren şad halda içəri girdi, iblis zəkasının hiyləgərlik toruna salıb nişanladığı bu iki gəncin qəlbində gizlənən fikirləri oxudu. O, yoğun səslə istehzalı bir tərzdə:
Fanşettam bir ulduzdur,
Nə qədər sadə qızdır...
sözlərini oxuyan kimi hər şey dəyişdi. Ejenlə Viktorianın ürəklərində doğan sevinc duman kimi dağıldı.
Viktorina yox oldu. O, qəlbində indiyə kimi sürdüyü həyatın müsibətləri qədər böyük bir səadət aparırdı. Yazıq qız! Bir-birlərinin əllərini sıxmaları, Ejenin saçlarının yanaqlarına toxunması, sevdiyi gəncin dodaqlarındakı hərarəti duya-duya, qulağına söylənilən bir kəlmə, belini qucaqlayan əlin titrəyişi, boynunda hiss etdiyi busə müqəddəs məhəbbət vədləri idi. Bu nur içində qərq olan yemək otağına kök Silviyanın birdən-birə girə biləcəyi qorxusu isə bu məhəbbəti daha da alovlandırır, canlandırır, ən məşhur məhəbbət dastanlarında tərənnüm edilən sədaqət hisslərindən belə daha cazibədar bir məhəbbət kimi sehr saçırdı. Babalarımızın sevimli bir ifadəsinə görə, bu həyalı məhəbbət nişanələri hər iki həftədən bir etiraf üçün kilsəyə gedən gənc, dindar bir qıza cinayət kimi görünürdü! O, sonralar, zəngin və xoşbəxt qadın olduğu zaman, bütün varlığını təslim etdiyi kişiyə bəxş edə bildiyindən də artıq, öz könül c vahirlərini bir saat ərzində Ejenə bəxş etmişdi.
Votren Ejenə dedi:
– İşlər düzəldi. Bizim ədabazlar savaşdı. Hər şey öz qaydasında oldu. Bizim göyərçin mənim şahinimi təhqir etdi. Sabah Klinyankur redutunda* görüşəcəklər. Saat onun yarısında, madmazel Tayfer şirin qoğalı sakitcə qəhvənin içində isladıb yediyi zaman, atasının məhəbbətinə və sərvətinə varis olacaq. Qəribədir, deyilmi? Cavan Tayfer şpaqa döyüşündə mahirdir, özünə çox əmindir, lakin mənim icad
etdiyim bir zərbə ilə o, məhv olacaq – şpaqanın yuxarı qalxması və alnından vurulması kifayətdir. Mən bu
döyüş üsulunu sizə göstərəcəyəm, çünki çox gərəkli şeydir.
Rastinyak küt nəzərlə Votrenə baxır və qulaq asırdı. O, cavab verə bilmirdi. Bu zaman Qorio ata, Byanşon,
bir də kirayənişinlərdən bəziləri otağa daxil oldular.
Votren dedi:
– Mən sizi hər zaman belə cəsur görmək istərdim. Siz nə etdiyinizi bilirsiniz. Qoçağım, mənim qartal balam! Siz insanlara hökm edəcəksiniz, siz qüvvətlisiniz, dəmir kimi möhkə
Dostları ilə paylaş: |
|
|