|
|
səhifə | 152/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| msiniz, mübarizsiniz, mən sizə hörmət edirəm.
Votren onun əlini sıxmaq istədi, lakin Ejen kəskin hərəkətlə əlini çəkdi və sapsarı saralıb stulun üstünə düşdü: ona elə gəldi ki, ayaqlarının altında qan görür, Votren yavaş səslə ona dedi:
– Belə! Bizim üstümüzdə hələ xeyirxahlığa bulaşmış bir-iki əs i qalmışdır. Doliban atanın üç milyonu var, mən onun sərvətinə bələdəm. Cehiz sayəsində siz öz nəzərinizdə belə gəlin paltarından daha təmiz görünəcəksiniz.
Rastinyak artıq tərəddüd etmirdi. Axşam gedib Tayferləri, atasını da, oğlunu da xəbərdar etməyə qərar
verdi. Votren ondan uzaqlaşdı, Qorio ata isə qulağına pıçıldadı ki:
– Oğlum, siz qəmgin görünürsünüz! Bu saat mən sizi şad edərəm. Gedək!
Qoca fabrikant burma şamını çırağın odu ilə yandırdı. Ejen dərin maraq içində qocanın ınca getdi.
Qoca, tələbənin açarını Silviyadan alıb:
– Sizin otağınıza gedək, – dedi. – Bu səhər siz elə güman etmisiniz ki, o, sizi sevmir. O sizi qovmağa məcbur olub, siz isə hirslənib getmişsiniz, məyus olmusunuz. Şıltaq! O, məni gözləyirdi. Başa düşdünüzmü? Biz gözəl bir mənzil düzəltmək üçün getməli idik, üç gündən sonra siz o mənzildə yaşayacaqsınız. Bu sirri sizə açdığımı ona söyləməzsiniz. O, sizə sürpriz hazırlayır, lakin mən artıq bu sirri sizdən gizlətməyə səbəb görmürəm. Mənzil d’Artua küçəsində, Sen-Lazar küçəsinin yaxınlığındadır. Siz orada lap knyaz kimi yaşayacaqsınız. Biz sizin üçün mebel düzəltmişik, elə bil təzə gəlin mebelidir. Son ay ərzində biz çox işlərlə məşğul olduq, ancaq sizə bir söz demirdik. Mənim vəkilim qızımın otuz altı min frank illik gəliri olacaqdır, bu, cehizinin faizləridir. Onun səkkiz yüz min frankının gəlirli əmlaka çevrilməsini tələb edəcəyəm.
Ejen susur, qollarını döşündə çarpazlayaraq, nizamsız, yoxsul otağında gəzişirdi. O, arxasını Qorio ataya çevirdiyi zaman, qoca qırmızı tumacdan m ş və üzərində Rastinyak nəslinin qızıl gerbi həkk edilmiş bir futlyarı buxarının üstünə qoydu.
– Əziz oğlum, mənim başım işlərə qarışıb. Lakin sözün düzü, məndə xeyli xudbinlik var: mən sizin köçməyinizlə çox maraqlanıram. Sizdən bir şey xahiş etsəm, rədd etməzsiniz ki?
– Nə xahiş edirsiniz?
– Təzə mənzilinizin üstündə, beşinci mərtəbədə bu mənzilə bağlı bir otaq var: mən orada y
Dostları ilə paylaş: |
|
|