|
|
səhifə | 156/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| əzəli sözləri ilə bütün kirayənişinləri hərəkətə gətirirdi. Onun özünə güvənməsi, soyuqqanlı tərpənməsi Ejeni heyrətləndirirdi.
Madam Voke soruşdu:
– Sizə bu gün nə olub? Həddən çox şadlanırsınız.
– Mən hər zaman xeyirli bir işdən sonra şad oluram.
– İş? – deyə Ejen soruşdu.
– Bəli! Mən bir partiya mal satmışam, odur ki komisyon pulu almağa haqqım var. – Madmazel Mişononun ona baxdığını görən Votren: – Madmazel Mişono, – dedi, – siz məni gözlərinizlə dəlirsiniz: bəlkə, üzümdə sizə xoş gəlməyən bir şey var. Açıq söyləyin. Sizi məmnun etmək üçün mən üzümü dəyişə də bilərəm... – Qoca məmura göz vuraraq əlavə etdi. – Hə, Puare, sizin buna acığınız tutmaz ki?
Gənc rəssam:
– Vallah, sizin şəklinizi meyxana Herkulesi* kimi çəkmək olardı.
– Çox gözəl! Əgər madmazel Mişono qəbir üstündəki Veneranın* şəkli üçün naturaçı olmağa razıdırsa,
mən də razı olaram! – deyə Votren cavab verdi.
Byanşon soruşdu:
|
|
– Bəs Puare?
|
Votren ucadan:
|
– Puareni ancaq Puarenin özünə baxıb çəkmək lazımdır!
.
|
- ,
|
– Çürük ! – Byanşon onun sözünü tamamladı.
Madam Voke:
– Bu axmaq söhbətləri buraxın, – dedi. – Daha yaxşı olardı ki, siz bizi şüşəsinin ağzı görünən bordo
şərabına qonaq edəsiniz. Şərab kefimizi daha da duruldar. Bir də şərab mədə üçün çox mənfəətlidir
Votren hamıya xitabən:
– Ağalar, hörmətli cənablar, – dedi, – sədrimiz bizi intizama riayət etməyə çağırır. Madam Kutür və madmazel Viktorina bizim lağlağı söhbətlərimizdən inciməz, lakin Qorio atanın bakirliyinə hörmət edin. Mən şərəfli Lafit* naminə bir şərabrama bordo içməyi təklif edirəm. Xahiş edirəm, bur da siyasi eyham nişanəsi görməyəsiniz... – Yerində düz dayanmış Kristofa bağıraraq:
– Ey, müqəvva! – dedi, – Kristof, bura! Yoxsa öz adını bilmirsən? Tez ol, müqəvva, şərabı hazırla! Kristof şərabı təqdim edərək:
– Buyurun, – dedi.
Votren Ejenin və Qorio atanın stəkanlarına şərab tökdükdən sonra bir neçə damcı da öz qabına tökdü, qonşuları içdikdə, o, dili ilə şərabın dadına baxdı, sonra birdən üzünü turşudaraq:
– Şeytana lənət! – dedi. – Şərabdan tıxacın dadı gəlir! Götür bunu, Kristof, özün iç, bizə başqasını gətir.
Sağ tərəfdə şərab şüşələri var. On altı adamıq, səkkiz şüşə gətirərsən. Rəssam:
– İndi ki siz belə səxavət göstərirsiniz, mən də süfrəyə
Dostları ilə paylaş: |
|
|