|
|
səhifə | 159/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ə isə yanında qalıb qulluq edin. – Viktorinanın qulağına pıçıldadı: – Bu, vəfalı bir arvad kimi sizin
vəzifənizdir. O, sizə pərəstiş edir, onun arvadı olacağınıza əmin ola bilərsiniz. Sonra ucadan:
– Bu surətlə, – dedi, – onlar hamının hörmətini qazandılar, xoşbəxt yaşadılar, çoxlu uşaq doğub-törədilər. Bütün məhəbbət romanlarının sonu budur. İndi isə Voke cici, – dedi və madam Vokeni qucaqladı, – şlyapanızı, gül naxışlı bayırlıq paltarınızı geyinin, qrafinya ş rf n z başınıza salın. Sizin üçün çağırmağa mən özüm gedirəm.
Votren oxuya-oxuya eşiyə çıxdı:
Ey günəş, ey günəş, sənsən yaradan,
Boranı yetişir sənin istinlə...
– Vallah, madam Kutür, belə bir adamla çardaqda da özümü xoşbəxt hiss ed rəm. Qorio ata da keflənib. – Üzünü vermişel fabrikantına doğru çevirdi: – Bu qoca simic məni bir dəfə də olsun bir yerə aparmamışdır. Aman Allah, o, bu saat yerə yıxılacaq! Qoca adamın ağlını itirməsi biabırçılıqdır! Siz deyə bilərsiniz ki, gərək ağlı olsun ki, itirsin də... Silviya, Qorio atanı otağına aparın.
Silviya qocanın qoltuğundan yapışıb yuxarı apardı, elə paltarlı-paltarlı, yük kimi, çarpayının üstünə yıxdı.
Madam Kutür Ejenin gözləri üstünə düşən saçlarını sığallayaraq:
– Yazıq oğlan, – deyirdi, – lap qız kimidir: bir damcı artıq içə bilmir. Voke dedi:
– Ah, mən otuz ildir pansion saxlayıram. Bir çox cavanlar gəlib, necə deyərlər, mənim əlimdən keçib, amma cənab Ejen kimi sevimli, tərbiyəli cavan görməmişəm. Madam Kutür, onun başını çiyninizin üstünə qoyun. Buna bax, buna bax, onun başı madmazel Viktorinaya doğru meyil edir. Görünür, taleyin hökmü belədir. Az qalmışdı başı stula dəysin. Amma ikisi bir yerdə nə qəşəng görünür!
Madam Kutür hirslə:
– Səsinizi kəsin, qonşu. Siz elə sözlər danışırsınız ki...
Madam Voke cavab verdi:
– Nə olar, o ki eşitmir. Silviya, gedək paltarımızı geyək. Mən korset taxacağam.
Silviya təəccüblə dedi:
– Nə danışırsınız, xanım, nahardan sonra da hündür korset taxmaq olar? Yox canım, korseti çəkmək üçün
başqasını tapın. Mən sizin qatiliniz ola bilmərəm. Belə ehtiyatsızlıqdan adam ölə də bilər.
– Çarə yoxdur, cənab Votrenin xatiri üçündür.
Dostları ilə paylaş: |
|
|