|
|
səhifə | 16/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| cansağlığını pozmayan təmiz hala salmaq mümkün idi. Əgər madam Voke dəhşətli haqsızlığa yol vermiş olsaydı belə, bu fələkz dələrin dözməkdən başqa çarələri yox idi.
Bu cür insan birləşmələrində insan cəmiyyətinin tərkib hissələri öz ifadəsini tapmalıdır və burada kiçik bir həcmdə tapmışdı da. Adətən, məktəblərdə və dərnəklərdə olduğu kimi, burada da, on səkkiz pansioner arasında zəlil, səfil bir nəfər tapılmışdı ki, bütün istehzalar, kinayələr onun üzərinə yağdırılırdı. Ejen Rastinyakın bu evdə yaşadığı ikinci ilin başlanğıcında, iki il daha aralarında yaşamağa məcbur olduğu bu insanların içərisində onun nəzər-diqqətini ən çox cəlb edən də həmin şəxs idi. Hamının istehza etdiyi bu şəxs keçmiş vermişel fabrikinin sahibi Qorio ata idi, halbuki rəssam, ya ədib onu görmüş olsaydı, çəkdiyi lövhənin mərkəzində onun simasını yerləşdirərdi. Bu ən qoca kirayənişinə qarşı bəslənilən kinlə qarışıq nifrəti, mərhəmət hissi ilə qarışıq təqibi, özgənin fəlakətinə bəslənilən bu hörmətsizliyi doğuran səbəb nə ola bilərdi? Bəlkə də, səbəb onun özü idi, bəlkə, onun təbiətində qəribəlik və gülməli adətlər vardı?
İnsanlar gülünc vərdişləri ey bdən daha çətin bağışlayırlar. Bütün bu məsələlər bir çox ictimai haqsızlıqlarla əlaqədardır. Bəlkə də, insan təbiətində belə bir xüsusiyyət vardır ki, o gərək həqiqətən zəlil, aciz, yaxud zəif olduğundan, hər şeyə dözənlərin səbrini həmişə imtahandan keçirsin. Məgər biz başqasının, yaxud bir şeyin üzərində öz qüvvətimizi göstərməyi sevmirikmi? Küçə uşağı kimi əlsiz-ayaqsız bir məxluq belə, şaxta gücləndiyi zaman bütün evlərin qapı zənglərini çalar, yaxud hələ tərtəmiz olan bir heykəlin üzərinə dırmaşaraq, onun üstündə öz adını cızmağı sevər.
Qorio atanın indi yaşı yetmişə yaxın idi. O, 1813-cü ildə ticarət işlərindən əl çəkdikdən sonra madam Vokenin evində yerləşmişdi. Əvvəlcə madam Kutürün indi yaşadığı mənzili kirayəyə götürmüşdü və bütün pansion üçün min iki yüz frank pul verirdi. Elə zənn etmək olardı ki, Qorio üçün yüz frank artıq, ya əskik verməyin heç bir əhəmiyyəti yox idi. Madam Voke, guya, bu yaramaz ev əşyasına, sarı kolenkor pərdələrdən, laklı, triplə döşənmiş kreslolardan, yapışqanlı boya ilə rəngləməkdən və şəhər civarındakı
Dostları ilə paylaş: |
|
|