|
|
səhifə | 162/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| ların başı üstündə açdı. – Mən sizə xeyir-dua verirəm. Madmazel, inanın ki, namuslu bir şəxsin xeyirxahlığı, hər halda, bir şeydir, o, sizə səadət gətirər. Allah-taala xeyirxah bəndələrin dostudur.
Madam Voke madam Kutürə dedi:
– Əlvida, mənim dostum, – sonra pıçıltı ilə soruşdu: – Siz nə fikirdəsiniz, cənab Voltren mənim barəmdə
ciddi fikirləşirmi?
– Bəli, bəli...
Nəhayət, Viktorina ilə madam Kutür yalqız qaldılar. Viktorina əlinin içinə baxıb ah çəkdi:
– Ah, anacan, – dedi, – bu xeyirxah cənab Votren haqlı çıxsaydı, nə yaxşı olardı! Qoca xanım cavab verdi:
– Bunun ancaq bir çarəsi var: sənin iblis qardaşın atdan yıxılmalıdır...
– Ah, anacan!
– Yarəb! Bəlkə, düşməninin ölümünü arzulamaq böyük günahdır. Nə çarə, yeri gələndə tövbə edərəm. Amma sözün düzünü axtarsan, mən məmnuniyyətlə onun məzarının üstünə çiçək səpərdim. Ürəyi daşdır! Anasını müdafiə etməyə mərdliyi çatmır. Əyri-üyrü yollarla sənin sərvətini mənimsəmişdir. Kuzinamın yaxşı sərvəti vardı. Sənin bədbəxtliyindən, bu barədə nikah sənədində bir kəlmə də yazılmamışdır.
Viktorina dedi:
– Səadətim bir başqasının həyatı bahasına başa gələrsə, bu səadət mənim üçün ağır yük olardı. Əgər səadətim üçün qardaşımın ölümü zərurətsə, mən həmişə burada qalmaq istərdim.
Madam Kutür cavab verdi:
– Yarəb! Sən özün gördün ki, bu sevimli cənab Votren, o dindar adam nə dedi. Onun iblisə Allahdan daha çox ehtiram bəsləyən insanlar kimi allahsız olmadığına inanmaq mənə xoşdu. Cənab Votren deyir ki, Allah bizi hansı yollarla apardığını kim bilər?
İki qadın Silviyanın köməyi ilə Ejeni öz otağına aparıb, yatağında uzandırdı. Rahat yatsın deyə, aşpaz qadın Ejenin düymələrini açdı. Otaqdan çıxanda, madam Kutür üzünü o tərəfə çevirdikdə, Viktorina fürsət tapıb Ejenin alnından öpdü: o, bu cinayətkar busə ilə səadətin bütün ləzzətini duydu. Viktorina Ejenin otağına nəzər saldı, bu günün fərəhli hadisələrini, necə deyərlər, bir təsirlə birləşdirdi, xəyalında bu günün mənzərəsini yaratdı, uzun müddət məftun nəzərlə bu mənzərəni seyr etdi və nəhayət, yuxuya getdi: o, özünü Parisin ən xoşbəxt xilqəti hiss edirdi.
Votrenin Ejenlə Qorio atanı kefləndirmək üçün təşkil etdiyi və şəraba yuxu dərmanı qatdığı bu ziyafət Votrenin
Dostları ilə paylaş: |
|
|