|
|
səhifə | 163/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| öz fəlakətinə səbəb oldu. Yarısərxoş Byanşon madmazel Mişonodan “Ölüm-yalan” haqqında soruşmağı unutmuşdu. Əgər Byanşon bu adı , Votren, yaxud onun əsl adını söyləyəcək olsaq, katorqanın məşhur adamlarından Jak Ko len ehtiyatlı tərpənməyə məcbur olacaqdı. Hələ bundan başqa, Kol enin səxavətinə ümid bəsləyən madmazel Mişono gecə onu qaçmaq üçün xəbərdarlıq etməyin daha xeyirli olduğunu düşündüyü halda, Votren onu məzar üstündə qoyulan Venera heykəli adlandırmışdı. Bunun da nəticəsində Mişono onu polis idarəsinə təslim etməyə qərar verdi. O, Puare ilə birlikdə dərhal Sent-Ann döngəsinə, gizli polis idarəsinin məşhur rəisinin yanına getdi. O, yenə Qondüro adlı qoca məmurla görüşəcəyini zənn etdiyi halda, axtarış polis idarəsinin rəisinə rast gəldi. Rəis onu nəzakətlə qəbul etdi. Madmazel Mişono rəislə söhbət zamanı bütün şərtlər üzrə razılığa gələndən sonra damğanın izlərini yoxlamaq üçün deyilən dərmanın verilməsini xahiş etdi. Kiçicik Sent-Ann döngəsində ən böyük adam sayılan bu rəis yazı stolunun qutularında dərman şüşəsini axtaranda Mişono rəisin üzündəki sevinc ifadəsindən anladı ki, Votrenin tutulması sadə bir katorqa məhbusunun tutulması deyil, daha mühüm və böyük hadisədir. Mişono baş işlədib, polis idarəsinin bəzi xain katorqaçıların göstərişləri əsasında, əlinə çoxlu pul keçirmək fikrində olduğundan şübhələnməyə başladı. O, öz təsəvvürlərini rəisə söylədikdə, rəis gülümsədi və Mişononun şübhələrini dağıtmaq üçün dedi ki:
– Siz səhv edirsiniz. Ko len oğrular aləmində indiyə qədər təsadüf edilməyən ən qorxulu “Sorbonna”dır*.
Bütün mətləb də bundadır. Bütün quldurlar bunu yaxşı bilir: Ko len quldurların bayraqdarı, istinadgahı,
bir sözlə, Bonapartıdır. O, bütün quldurların sevdiyi adamdır. Belə mahir bir quldur öz “kötüyünü” heç bir zaman Qrev meydanında* qoyub getməyəcək.
Madmazel Mişono başa düşmədi. O zaman Qondüro oğru şivəsindən götürülmüş bu iki sözün mənasını izah etdi. “Sorbonna” və “kötük” oğru şivəsinin ən qüvvətli ifadələrindəndir: oğrular insan başını iki nöqteyi-nəzərdən müayinə etmək zərurətini birinci olaraq başa düşmüşlər. “Sorbonna” – canlı adamın başı, onun məsləhətçisi, onun düşüncəsi deməkdir. “Kötük” isə bir heç, mənasız, axmaq bir şey deməkdir, insan, başı kəsildikdən sonra “kötüyə” çevrilir.
Rəis sözünə davam edərək:
– Ko len bizi oyn
Dostları ilə paylaş: |
|
|