|
|
səhifə | 167/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| var. Madam Voke isə çığırdı:
– Görürsünüzmü, cənab Rastinyak, əliniz yüngüldür!!
Bu sözləri eşidən Qorio ata tələbənin üzünə baxdı və əlində bükülmüş məktubu görüb Rastinyakdan
soruşdu:
– Siz məktubu oxuyub qurtarmadınız! Bu nə deməkdir? Məgər siz də başqaları kimisiniz? Ejen hamını heyrətdə buraxan bir nifrət və dəhşətlə:
– Madam Voke, – dedi, – mən heç vaxt madmazel Viktorina ilə evlənməyəcəyəm. Qorio ata tələbənin əlini tutub sıxdı. O, Ejenin əlini öpməyə hazırdı.
Votren dedi:
– Oho! İtalyanların gözəl bir sözü var: Col tempo1. Madam de Nusingenin qasidi:
– Mən məktubun cavabını gözləyirəm, – dedi.
– Deyin ki, gəlirəm.
Qasid getdi. Ejen dərin həyəcan içində idi. Ehtiyatı belə unudaraq, ucadan öz-özü ilə danışa-danışa:
– Nə etməli? Heç bir sübut yoxdur! – dedi.
Votren gülümsədi. Bu dərman mədəyə yayılaraq, təsir etməyə başladı. Lakin katorqa məhbusu o qədər qüvvətli və möhkəm idi ki, ayağa durdu və Rastinyaka baxaraq, boğuq səslə:
– Cavan oğlan, – dedi, – səadət bəzən biz yuxuda olduğumuz zaman gəlir. Votren bu sözləri söylər-söyləməz, ölü kimi yerə yıxıldı.
Ejen bağırdı:
– Allahın ədalətinə inandım!
– Bizim sevimli, yazıq cənab Votrenimizə nə oldu?
Madmazel Mişono çığırdı:
– Qan beyninə vurmuşdur. Madam Voke tapşırdı:
– Silviya, qadan alım, tez həkim çağır. Cənab Rastinyak, siz də yüyürün Byanşonu çağırın, Silviya bizim
həkim cənab Qr preli tapmaya da bilər.
Rastinyak bu cinayət ocağından qaçmaq üçün bəhanə tapdığına sevinərək götürüldü.
– Kristof, tez aptekə qaç, dərmandan-zaddan bir şey istə.
Kristof da çıxdı.
– Qorio ata, kömək edin, onu yuxarı mərtəbəyə qaldıraq.
Votreni götürdülər, bir pilləkəndən qaldırıb, çarpayısına uzatdılar.
Qorio dedi:
– Məndən sizə bir fayda olmaz. Gedim qızımı görüm. Voke çığırdı:
– Qoca xudbin! Get, rədd ol! Səni görüm boynun sınsın!
Madmazel Mişono Votrenin üst paltarını Puarenin köməyi ilə çıxarıb:
– Gedin görün sizdə efir tapılarmı, – deyə madam Vokedən xahiş etdi.
Madam Voke tez aşağı cumdu. Mişono döyüş meydanında tək qaldı. Puareyə əmr etdi.
– Tez, tez olun, tez onun köynəyini çıxarın,
Dostları ilə paylaş: |
|
|