|
|
səhifə | 172/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| şkarlığını, hər şeyə qadir olan orqanizminin qüvvəti və hərəkətlərindən, fikirlərinin həyasızlığından doğan əsl mahiyyətini duymuşdu. Qan Ko lenin üzünə vurdu, gözləri çölpişiyinin gözləri kimi alışıb-yandı. O, yırtıcı kimi yerində hoppandı, nərildədi, kirayənişinlər qorxularından bağırışdılar. Onun aslan kimi atıldığını görən polislər, gurultu və qışqırtıdan istifadə edərək tapançalarını ciblərindən çıxardılar. Tapança lüləsinin parıltısını görən Ko len bir an içində böyük insan iradəsinin qüvvəsini göstərdi. Bu, dəhşətli və əzəmətli bir mənzərə idi! Üzündə ancaq buxar qazanı ilə müqayisə edilə biləcək ifadələr görünürdü: təzyiq altında qalan buxar dağları yerindən sarsıtmağa qadir olduğu halda, bir damcı soyuq suyun təsiri ilə dərhal aşağı enirdi. Katorqalının qızğınlığını soyudan şey şimşək kimi onun beynindən keçən bir fikir idi. O gülümsədi və parikinə baxdı.
Gizli polis idarəsinin rəisinə tərəf dönərək:
– Sənin nəzakətli olduğun zamanlar ötüb-keçdi,* – dedi. Sonra başının işarəsi ilə jandarmları çağırıb, əllərini onlara uzatdı. – Cənablar, jandarm ağalar, zəncirləri taxa bilərsiniz. Buradakılar şahid olsunlar ki, mən müqavimət göstərmədim.
Bu insan yanardağındakı atəş və lavanın sürətlə göyə qalxması və yenə yerə enməsi hamını heyran
qoydu, yemək otağında heyrət səsləri eşidildi.
Ko len gizli polis idarəsinin rəisinə baxaraq:
– Kartın vuruldu, cənab qarətkar, – deyə davam etdi.
Sent-Ann döngəsindən gələn adam son dərəcə ikrahla dedi:
– Yaxşı, soyun görüm.
Ko len:
– Soyunmaq nəyə lazım? – dedi. – Burada xanımlar var. Mən heç şeyi danmıram və təslim oluram. O, bir az suküt etdi və qəribə şeylər xəbər vermək niyyətində olan natiqlər kimi ətrafına boylandı.
Sonra stolun əyləşib portfelindən həbs protokolunu çıxardan qocaya:
– Yaz, Lyaşapel ata, – dedi. – Mən etiraf edirəm: iyirmi il zəncirli məhbəsə məhkum edilən, “Ölüm-yalan” adı ilə şöhrət qazanan Jak Ko len mənəm. Bu adı nahaq yerə daşımadığımı indicə görə bildiniz. Sonra üzünü kirayənişinlərə tutaraq: – Mən barmağımı belə tərpətsəydim, bu üç casus mənim mərcani şirəmi Voke cicinin xalçaları üstünə tökəcəkdi. Bu boşboğazlar tələ qurmaqda mahirdirlər.
Bu sözləri eşidən madam Voke halının dəyişdiyini hiss etdi. Silviyaya şikayətlənərək:
– Aman Allah, – dedi.
Dostları ilə paylaş: |
|
|