|
|
səhifə | 173/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| – Adamın başına hava gəlir! Mən də dünən axşam onunla Gete teatrına getmişdim!
Ko len davam edərək:
– Dünyaya bir az fəlsəfi nəzərlə baxın, Voke cici, – dedi. – Dünən axşam siz Getedə mənim lojamda əyləşmişdinizsə, bunun nə eybi var? Məgər siz bizdən yaxşısınız? Bizim çiynimizə basılan damğa çürüyən cəmiyyətin xəstə üzvlərinin ürəyinə basılan damğadan min dəfə yaxşıdır.
Ko en Rastinyaka mehriban nəzərlə baxdı, gülümsədi. Bu təbəssüm, bu baxış onun üzündəki sərt ifadə
ilə təzad təşkil edirdi.
– Şərtimiz, mənim mələyim, yenə baqidir, əlbəttə, əgər razı olarsa! Başa düşürsünüz?
Kolen oxuya-oxuya:
Fanşettam bir ulduzdur, Nə qədər sadə qızdır... –
dedi. Sonra yenə sözünə davam edərək:
– Narahat olmayın, mənim payıma düşəni almağı bacararam. Hamı məndən qorxur, mənə heç kəs kələk gələ bilməz!
Artıq şəxsiyyət deyil, nəsli qurumuş heyvan cinsinin, vəhşi və ağıllı, yırtıcı heyvan kimi zirək tayfanın qalığından başqa bir şey olmayan bu adamın varlığında və sözlərində katorqanın adətləri, kəskin sıçrayışlarla təlxəklikdən dəhşətə keçən dili, katorqanın müdhiş əzəməti, rəsmiyyətsizliyi, qəddarlığı təcəssüm edirdi. Ko len bir an içində cəhənnəm dastanının mücəssəməsi oldu: burada bütün insan hissiyyatı ifadə olunmuşdu, yalnız bir hiss görünmürdü: peşmançılıq. Onun baxışı yenə də daimi mübarizə niyyətində olan düş ün, məğlub edilmiş bir mələyin baxışına bənzəyirdi. Onun rüsvayçı dostluğunu pis niyyətlərin cəzası kimi bağışlayan Rastinyak, başını aşağı saldı. Ko len otaqdakıları müdhiş nəzərlə gözdən keçirərək:
– Məni kim satdı? – dedi. Baxışı madmazel Mişononun üzündə dayandı. – Məni sənmi satdın, qoca kaftar? Sən məni süni şəkildə xəstələndirdin, casus? Bircə həftə keçməz ki, boğazını üzmək üçün mənim ancaq iki kəlməm kifayət edər. Mən səni bağışlayıram, xristianam. Xeyr, məni sən satmadın. Bəs məni kim satdı? – Polislərin onun otağındakı şkafları sındırıb şeylərini götürdüklərini duyaraq, dəhşətli səslə bağırdı: – Hey! Hey! Yuxarıda nə axtarırsınız? Quşcuğazlar öz yuvasından hələ dünəndən uçmuşlar. Heç şeyi öyrənə bilməyəcəksiniz. Mənim ticarət kitablarımın hamısı bax buradadır. – O, alnına vurdu. – İndi başa düşdüm. Məni kimin satdığını öyrəndim. Məni satan məlun İpəksapıdır. Başqası ola bilməz. Elə deyilmi, cənab qarətkar? – Bu sualı Kol en polis rəisinə verdi. – Bizim bank bilet
Dostları ilə paylaş: |
|
|