|
|
səhifə | 179/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| inə keçdilər. Nəhayət, söhbət Jak Ko lendən, Viktorinadan, onun qardaşından min lyö məsafəsinə uzaqlaşdı. Otaqda ancaq on nəfər olmasına baxmayaraq, onlar iyirmi nəfərdən də bərk gurultu qopardılar. Bu dəfə camaatın həmişəkindən çox toplaşdığını zənn etmək belə olardı. Dünənki naharla bugünkü naharın fərqi də ancaq bunda idi. Parisin gündəlik hadisələri içərisində özü üçün hər vaxt yeni qida tapan bu xudbin insanlara yeni adi qayğısızlıq üstün gəldi. Madam Voke də kök Silviyanın səsindəki ümid əlamətlərinə aldanaraq sakit .
Bütün bu gün, səhərdən axşama qədər davam edən hadisələr, Rastinyakın nəzərində bir xəyal idi. Möhkəm iradəsinə və ağıllı olmağına baxmayaraq, o, ekipajda Qorio ata ilə yan-yana oturduğu halda, yenə fikirlərini bir yerə cəmləşdirə bilmirdi. Keçirdiyi həyəcanlardan sonra qocanın fövqəladə fərəhlə dolu mülahizələri Ejenə yuxu kimi görünürdü; sanki o, bu söhbətlərə yuxulu-yuxulu qulaq asırdı.
– Səhər tezdən hər şeyi qurtardıq. Biz üçümüz də bir yerdə nahar edəcəyik! Başa düşürsünüzmü? Düz dörd ildir mən Delfina ilə, mənim Fifinamla nahar etməmişəm. İndi o, bütün axşamını mənimlə keçirəcək. Səhər obaşdannan mən sizin evinizdə çalışıram. Sürtukumu çıxarıb, fəhlə kimi işləyirdim. Mebeli daşımağa kömək edirdim. Ah, siz Fifinamın süfrə başında nə gözəl olduğunu bilmirsiniz! O qədər mənim qayğımı çəkir ki... “Atacan, bax bunu yeyin, çox dadlıdır!” Mən isə onu bu halda görəndə yemək belə yadımdan çıxır. Bəli, çoxdandır mən onunla belə xoş gün keçirməmişəm!
Ejen dedi:
– Demək, bu gün dünya alt-üst olub? Qorio ata təəccüblə:
– Alt-üst olub? – deyə soruşdu. – Bəli, dünya heç zaman bu qədər gözəl olmamışdır. Küçələrdə bütün
insanlar mənə şad görünür: hamı bir-birinin əlini sıxır, əhvalını xəbər alır, öpüşür, hamının üzündən səadət yağır; sanki bu gün hamı öz qızının yanına nahara gedir, sanki hamı mənim Fifinam kimi “İngilis kafesi”nin baş aşpazına ləziz xörəklər sifariş etmişdir. Bəli, onun hüzurunda turş xiyar belə baldan şirin olar!
Ejen dedi:
– Mən, deyəsən, özümə gəlirəm.
Qorio ata ekipajın qabaq tərəfindəki şüşəni qaldırıb :
– ez sür, tez, – dedi. – Sürəti artır, əgər mənim dediyim yerə on dəqiqəyə kimi
Dostları ilə paylaş: |
|
|