|
|
səhifə | 181/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| Görünür, siz məni hesaba almırsınız.
– Siz özünüz yaxşı bilirsiniz ki, siz elə biz deməksiniz.
– Ah, elə mən də bunu istəyirdim! Siz mənə fikir verməyəcəksiniz, deyilmi? Mən xeyirxah ruh kimi gəlib- gedəcəyəm; siz onu görməyəcəksiniz, ancaq burada olduğu u biləcəksiniz. Görürsənmi, Fifinacan, Nini, Didi! Mən sənə: “d’Artua küçəsində yaxşıca bir mənzil var, gəl onu Ejen üçün hazırlayaq” deyəndə tamamilə haqlı idim. Hələ sən istəmirdin də; həyatı sənə mən vermişəm, sevinci də mən verəcəyəm. Atalar həmişə öz atalıq səadətlərindən feyz almalıdırlar. Atanın vəzifəsi həmişə məkdir, almaq deyil.
– Necə?
– Bəli, bəli, elədir ki var. O, axmaq dedi-qodulardan qorxurdu: guya, kübar cəmiyyətin rəyi xoşbəxtlikdən
üstündür! Halbuki bütün qadınlar onun etdiyi şeylərin həsrəti ilə yaşayırlar...
Qorio ata təklikdə danışırdı, madam de Nusingen Ejeni kabinetə aparmışdı və bir azdan sonra oradan, çox ehtiyatlı olsa da, yenə də eşidilən busə səsi gəldi. Bu otağın da zərifliyi başqa otaqlardan geri qalmazdı. Bundan gözəl şey arzu etmək mümkün deyildi.
Madam de Nusingen kiçik salona qayıdaraq, stol arxasında əyləşdi:
– Sizin arzularınızı duya bilmişikmi? – deyə soruşdu.
Ejen dedi:
– Lap artıqlaması ilə. Heyif! Bütün bu zinət, həqiqətə çevrilmiş bu gözəl yuxu, gənc, gözəl bir həyatın bu şeriyyəti mənə o qədər təsir edir ki... mən buna layiq olmaq istərdim. Ancaq bunu mən sizdən qəbul etmək iqtidarında deyiləm, mən hələ çox yoxsulam, odur ki...
Delfina başqalarının vicdan əzablarını dağıtmaq üçün məsxərəyə qoyan qadınlara məxsus yarızarafat-yarı
bir əda, füsünkar işvə ilə:
– Ah, beləmi! – dedi. – Siz mənə etirazmı edirsiniz?
Lakin Rastinyak bu gün özünü ciddi bir istintaqdan keçirmiş, Votrenin həbsi isə onun yuvarlanmaqda olduğu uçurumun dərinliyini o qədər aydın göstərmiş və namus hisslərini, mənəvi təmizliyini o qədər möhkəmlətmişdi ki, artıq o, ülvi əqidələrini nəvazişkar əda ilə rədd edən Delfinaya təslim olmağı özünə rəva görmədi. Rastinyak çox kədərləndi.
Madam de Nusingen soruşdu:
– Necə? Siz rədd edirsiniz? Siz bu rəddin mənasını başa düşürsünüzmü? Siz gələcəyə inanmırsınız, siz öz taleyinizi mənimlə bağlamağa cəsarət etmirsiniz? Demək, siz mənim sizə olan et
Dostları ilə paylaş: |
|
|