|
|
səhifə | 182/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| imadımı doğrultmamaqdan qorxursunuz! Əgər siz məni sevirsinizsə, əgər mən sizi... sevirəmsə, bu cüzi iltifatı qəbul etməyə sizə nə mane ola bilər? Bu subay təsərrüfatının təşkilinin mənə nə qədər zövq verdiyini bilsəydiniz, tərəddüd etməzdiniz və məndən bağışlanmanızı xahiş edərdiniz. Mən ancaq sizin pulunuzdan istifadə etmişəm, ağılla xərcləmişəm. Siz alicənablıq göstərdiyinizi zənn edirsiniz, halbuki bu ancaq xırdaçılıqdır. Siz hələ böyük bir şey arzusundasınız. – Delfina Ejenin ehtiraslı baxışını duyaraq ah çəkdi – Amma belə xırda şeylər üçün naz edirsiniz! Siz məni sevmirsinizsə, ah, o zaman, əlbəttə, boyun qaçırmaq sizin öz işinizdir. Mənim taleyim sizin ancaq bir sözünüzdən asılıdır. Söyləyiniz!.. – Delfina bir dəqiqə sükutdan sonra atasına dedi: – Atacan, siz özünüz onu inandırın. Məgər namus məsələlərində mənim həssaslığım onunkundan azdırmı?
Qorio ata donuq təbəssümlə onlara baxır və bu sevimli qulaq asırdı.
Delfina Ejenin əlindən tutaraq:
– Siz uşaqsınız, – deyirdi, – siz həyata yenicə qədəm qoyursunuz. Sizin qarşınızda bir çoxlarının dəf edə bilmədiyi maneə var, bir qadın əli bu maneəni sizin yolunuzdan qaldırır, amma siz geri çəkilirsiniz! Lakin sizin gələcəyiniz uğurludur, siz sərvət sahibi olacaqsınız, sizin gözəl alnınızda müvəffəqiyyət əlamətləri görünür. Məgər bu gün sizə borc olaraq verdiyimi siz o zaman mənə qaytara bilməzsinizmi? Məgər keçmiş zamanlarda xanımlar, öz xanımlıqlarının şərəfinə turnirlərdə döyüşmək üçün cəngavərlərə qılınc, zireh, geyim, dəbilqə, at bağışlamırdılarmı? Sözümə qulaq asın, Ejen, mənim sizə təklif etdiyim dövrümüzün silahıdır bu, yüksəlmək istəyən hər kəs üçün lazımdır. Sizin daxmanız da mənim atamın otağına oxşayırsa, bəd deyil! Yaxşı, demək, siz məni məyus etmək istəyirsiniz? Nə üçün cavab vermirsiniz? – Delfina Ejenin qolundan dartdı. – Aman yarəb! Ata, onu yola gətir, yoxsa mən çıxıb gedəcəyəm, bir daha onunla görüşməyəcəyəm.
Qorio ata heyranlıqdan ayrılaraq:
– Bu saat mən sizi yola gətirərəm, – dedi. – Mənim əzizim, cənab Ejen, siz sələmçidən borc pul alırsınız,
deyilmi?
Rastinyak cavab verdi:
– Bəzən olur. Qoca:
– Çox gözəl, – dedi. – İndi siz tələyə düşdünüz. – Qoca cibindən əzik, köhnə pul kisəsini çıxartdı. – Mən də sələmçi o
Dostları ilə paylaş: |
|
|