|
|
səhifə | 185/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| oca ayağa durdu, qızına yaxınlaşdı, başını əlinə alıb, saçlarının tağından öpdü.
– Mənim balam, sən heç zəhmət çəkmədən mənə nə qədər xoşbəxtlik verə biləcəyini başa düşsəydin! Mənim otağım yuxarıdadır. İki addım yuxarı qalxıb mənim yanıma gəlsəydin, nə olardı ki?! Sən mənə vəd edirsənmi?
– Bəli, sevimli atam.
– Təkrar elə.
– Bəli, sevimli atam.
– Sus, yoxsa mən bu sözləri yüz dəfə təkrar etməyə məcbur edə bilərəm. Gəlin nahar edək.
Bütün axşam əyləncələr içində keçdi. Qorio ata hamıdan çox əylənirdi. O, qızının ayaqları yanında uzanıb, onları öpür, başını onun ətəklərinə sürtür, mehriban, cavan aşiq kimi divanəlik edirdi.
Delfina Rastinyaka pıçıldayaraq:
– Görürsünüzmü? – dedi. – Atam bizim yanımızda olanda, bütün varlığımızla ona tabe olmalıyıq. Bu isə
bəzən adamı sıxır.
Ejenin qəlbində dəfələrlə qısqanclıq odu alışırdı. O, nankorluq əlaməti olan bu fikri məzəmmət etmək
iqtidarında deyildi. Otağı nəzərdən keçirərək:
– Bəs mənzil nə vaxt tamam hazır olacaq? – dedi. – Görünür, biz bu gün ayrılmağa məcburuq. Delfina hiyləgər əda ilə:
– Bəli, – deyə cavab verdi, – lakin sabah siz mənim evimdə nahar edəcəksiniz. Sabah italyan operası var.
Qorio ata:
– Mən parterdə oturacağam, – dedi.
Gecə yarı oldu. Delfinanın ınca karet gəldi. Tələbə ilə Qorio ata “Vokenin evi”nə qayıtdılar. Yolda daim Delfinadan danışırdılar; getdikcə ona daha artıq valeh olurdular. Gənclə qocanın söhbəti iki qadir ehtirasın arasında gedən söz yarışına oxşayırdı. Ejen, xoşbəxtlikdən uzaq ata məhəbbətinin, öz sarsılmaz qüdrəti və etibarı ilə onun məhəbbətinə üstün gəldiyini hiss edirdi. Ata məhəbbətinin məbudu həmişə pak və gözəl görünür, keçmiş və gələcək isə bu pərəstişkarlığa daha böyük qüvvət verirdi.
Nəhayət, evə çatdılar. Madam Voke Silviya və Kristofun yanında, sobanın yaxınlığında oturmuşdu. Qoca
ev sahibəsi Karfagen xərabələrində Mari i* andırırdı. Dərdini Silviyaya söyləyərək, iki son kirayənişini
gözləyirdi. Lord Bayron öz Tassosunun* dili ilə həyatdan gözəl şikayətlər etsə də, onun bu şikayətləri madam Vokenin ələmlərindəki səmimiyyətlə muqayisə belə edilə bilməzdi
– Demək, Silviya, sabah səhər ancaq üç fincan qəhvə bişirmək lazımdır. Görürsən necə oldu! Evim boşaldı; ürəyim parçalanır. Pansionersiz mənim həya
Dostları ilə paylaş: |
|
|