|
|
səhifə | 199/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| əkib aparmışam...
– Yox, – deyə Qorio ata səsləndi, – mən bu pulu sənin üçün tapa bilməzdim. Oğurlamaqdan başqa bir
çarəm qalmazdı. Elə lap oğurluğa də gedərdim. Yenə gedərəm.
Can verən adamın xırıltısı kimi səslənən bu sözlər taqətsizlik dərəcəsinə gəlmiş atalıq hissinin elə bir can çəkişməsini ifadə edirdi ki, bacılar susmağa məcbur oldular. Uçuruma atılan daş, uçurumun nə qədər dərin olduğunu anlatdığı kimi, ümidsizliyin dərinliyini göstərən bu ürək naləsinə qarşı heç bir xudbin insan laqeyd qala bilməzdi.
Qrafinya ağlaya-ağlaya:
– Ata, – dedi, – mən bu pulu əldə etdim, ancaq özgə malının hesabına...
Delfina mütəəssir oldu, başını bacısının çiyninə söykəyib ağladı.
– Demək, bu, həqiqətmiş!
Anastazi başını aşağı saldı. Madam de Nusingen onu qucaqlayaraq bağrına basdı və öpdü.
– Burada səni heç kəs məzəmmət etməz, sən məhəbbətdən başqa bir şey görməzsən, – dedi. Qorio zəif səslə:
– Mənim mələk qızlarım, – dedi, – nə üçün sizi ancaq fəlakət birləşdirdi?
Qrafinya atasının və bacısının mehriban danışıqlarını görüb cürətləndi, sözünə davam edərək:
– Maksimin həyatını, həm də öz səadətimi xilas etmək məqsədi ilə, – dedi, – mən bir sələmçinin yanına getdim, siz onu yaxşı tanıyırsınız, o, iblis kimi bir şeydir, rəhm və aman bilməyən Qobsekdir. Mən qraf de Restonun həmişə əziz tutduğu ailə brilyantlarını, həm özümün, həm də onun brilyantlarını həmin sələmçiyə satdım. Bəli, satdım! Başa düşürsünüzmü? Maksim xilas oldu! Lakin mən məhv oldum. Resto hər şeyi bildi.
Qorio ata çığırdı:
– Necə? Kim xəbər verdi? Mən onu öz əllərimlə öldürərəm!
– O, dünən məni öz yanına çağırtdırdı. Mən də getdim... O, elə bir ahənglə mənə dedi ki: “Anastazi! (Ah, onun səsinin ahəngi mənim üçün kifayət idi, mən hər şeyi anladım!) Hanı sizin brilyantlarınız? Dedim ki: məndədir. O, mənə baxaraq cavab verdi: yox, sizdə deyil, budur, üstündədir. Bu sözlərlə üstü cib yaylığı ilə örtülmüş futlyarı mənə göstərdi. “Siz bunların haradan gətirildiyini bilirsinizmi?” – deyə soruşdu. Mən onun ayaqlarına yıxıldım... Mən ağlayırdım, soruşurdum ki, hansı ölümlə ölməliyəm...
– Sən beləmi dedin? – deyə Qorio ata bağırdı. – A
Dostları ilə paylaş: |
|
|