|
|
səhifə | 202/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
|
– Mənim pulum yoxdur, Nazi. Artıq heç bir şeyim yoxdur, heç bir şeyim! Dünyanın axırıdır, qızım. Artıq
qiyamət günüdür, vaveyladır, qızım! Qaçın, xilas olun, qızlarım! Bəli! Mənim hələ gümüşüm durur, altı
ədəd süfrə qab-qaşığım var! Bunlar mənim ilk aldığım şeylər idi! Daha nəyim var?.. Ancaq min iki yüz
franklıq ömürlük rentam.
– Bəs siz daimi faiz kağızlarınızı nə etdiniz?
– Mən onu satdım, ehtiyac üçün yalnız balaca bir mədaxil saxladım. Fifina üçün mənzil tməyə on iki min frank lazım oldu.
Madam de Resto heyrətlə bacısından soruşdu.
– Necə, Delfina? Sənin öz evində? Qorio ata dedi:
– Nə fərqi var! On iki min frank artıq xərclənmişdir.
Qrafinya:
– Başa düşürəm, – dedi. – Cənab Rastinyak üçün misiniz! Zavallı Delfina, sən nə edirsən? Mənim
başıma gələn müsibətləri görmürsənmi?
– Əzizim, cənab Rastinyak öz məşuqələrini qarət edən gənclərdən deyil.
– Sağ ol, Delfina, mənim bu ağır vəziyyətimdə səndən bundan artıq şey gözləmirdim. Lakin sən məni heç vaxt sevməmisən.
Qorio ata ucadan dedi:
– Yox, Nazi, yox, o, səni çox sevir. O, bunu mənə bu saat söylədi. Biz sənin söhbətini edirdik; hələ o deyirdi ki, sən, həqiqətən, gözəlsən, o isə ancaq xoşagəlimlidir.
Qrafinya:
– Sənin gəzəlliyin ruhsuz gözəllikdir, – dedi.
Delfina qızardı:
– Qoy sən deyən olsun. Bəs sənin mənə münasibətin necə olmuşdur? Sən məndən üz döndərdin, mənim getmək istədiyim bütün evlərin qapılarını bağlatdırdın, mənə ziyan vurmaq üçün heç bir fürsəti əldən vermədin! Məgər mən bura sənin kimi atamın var-yoxunu çəkib aparmağa gəlirdim? Məgər onu bu vəziyyətə salan mən oldum? Bu, sənin əməlindir, bacı. Mən imkan düşdükcə atamla görüşərdim, onu öz evimdən qovmazdım. Ehtiyacım olanda gəlib əllərini yalamazdım. Hətta bu on iki min frankın mənim üçün sərf edildiyindən xəbərim yoxdur. Sən özün yaxşı bilirsən ki, pul məsələsində mənim qanun- qaydam var. Əgər atam mənə hədiyyə vermək istəyibsə, bil ki, mən heç vaxt ondan bunu xahiş etməmişəm.
– Sən məndən xoşbəxt oldun: cənab de Marse zəngindir və bu barədə sənin bir az məlumatın var. Sən həmişə qızıl kimi mənfur olmusan. Əlvida, mənim artıq nə bacım var, nə də...
Qorio ata çığıraraq:
– Sus, Nazi! –
Dostları ilə paylaş: |
|
|