|
|
səhifə | 21/244 | tarix | 11.02.2020 | ölçüsü | 50,1 Mb. | | #102093 |
| özü üçün ələ keçirmək idi. Fəqət bütün sui-qəsdlərinin Qorio atanın utancaqlığına, bəlkə də, müqavimətinə rast gəldiyini gördüyü zaman, qrafinya qocanın yontalanmamış olduğuna hiddətlənərək otaqdan çıxdı.
O, öz rəfiqəsinə dedi:
– Bu adamdan heç şey qopara bilməyəcəksiniz, mənim mələyim. Onun heç şeyə inamı yoxdur, lap gülüncdür, axmaq adamdır, lap heyvan kimidir, xəsisdir, əziyyətdən başqa ondan heç bir şey gözləmək olmaz.
Qrafinya de l’Ambermenillə cənab Qorio arasında baş verən bu hadisədən sonra qrafinya artıq onunla bir evdə belə yaşamaq istəmədi. Ertəsi gün qrafinya, pansionda qaldığı altı ayın haqqını belə verməyi unudaraq, beş frankdan artıq qiymətə getməyəcək zirzibilini qoyub, evi tərk etdi. Madam Voke onu axtarıb tapmaq üçün çox əlləşdisə də, Parisdə qrafinya de l’Ambermenil haqqında heç bir məlumat ala bilmədi. O, tez-tez bu kədərli hadisədən danışar, pişikdən belə inamsız olmasına baxmayaraq, həddən artıq insanlara etimad göstərdiyinə görə göz yaşı tökərdi. Madam Voke bu cəhətdən öz yaxın adamlarına inanmayan, lakin ilk təsadüf etdiyi adama aldanan bir çox insanlara bənzəyirdi. Bu, son dərəcə qəribə bir əxlaqi xüsusiyyətdir, lakin hər halda, elə bir həqiqətdir ki, onun köklərini insan qəlbində axtarıb tapmaq o qədər də çətin deyildir. Bəlkə də, bəzi insanlar birlikdə yaşadıqları şəxslərin hüsn-rəğbətini heç bir şeylə qazanmaq iqtidarında olmadıqlarından, onların qarşısında qəlblərindəki boşluğu göstərdikdən sonra ətrafında dolaşan şəxslərin haqlı olaraq gizlicə ciddi bir hökm verdiklərini hiss etməyə başlayırlar. Lakin
bu cür insanlar eyni zamanda öz haqlarında tərif eşitməyə dərin ehtiyac duyurlar. Bu tərifi isə kimsə söyləmir, yaxud onlar həqiqətdə mövcud olmayan fəzilətlərini göstərmək üçün ehtiraslı arzularla çırpınır, can atırlar və bunun yad adamların gözündən düşmək təhlükəsinə baxmayaraq, onların məhəbbətini, yaxud hörmətini qazanmağa çalışırlar. Nəhayət, öz təbiətləri etibarilə xudpəsənd şəxsiyyətlər də var: onlar nə öz yaxın adamlarına, nə öz dostlarına heç bir yaxşılıq etməzlər, çünki bu yaxşılıq yalnız onların borcudur: əgər onlar tanımadıqları adamlara yaxşılıq edirlərsə, bununla yalnız öz qiymətlərini yüksəltmiş olurlar; buna görə yaxın adamlar dairəsi daha yaxın
Dostları ilə paylaş: |
|
|